15:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN 
                                                         
F Ə R M A N I
       

      "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun
tətbiq edilməsi haqqında

      "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

      1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

   -  Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin həyata keçirilməsi üçün onu zəruri bina, avadanlıq, rabitə, nəqliyyat, başqa təşkilati-texniki vasitələrlə təmin etsin;

     - hər il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətrlə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və onun aparatının fəaliyyətinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq vəsaitin ayrılmasını nəzərdə tutsun;

     - öz səlahiyyətləri daxilində "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

         2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

   Naxçıvan Muxtar Respublikası
         Ali Məclisinin Sədri                                                 VASİF TALIBOV

   Naxçıvan şəhəri, 21 fevral 2006-cı il.
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).