3:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması Qaydası

"Dövlət qeydiyyatına alınmışdır"

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat N 3003

"10" noyabr  2003-cü il

Nazir_____________ F.Məmmədov

 

 

"Təsdiq edirəm"

Azərbaycan Respublikasının 

Ədliyyə Naziri

F.Məmmədov

Əmr N 17-T

"31" oktyabr  2003-cü il

 

"Razılaşdırılmışdır"

Azərbaycan  Respublikasının

Daxili İşlər Naziri

R.Usubov

Əmr

"21" oktyabr  2003-cü il

 

Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması

 

Q  A  Y  D  A  S  I

 

1. Bu qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq hazırlanmış və məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması qaydasını müəyyən edir.

2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara, onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə nəzərə alınmır.

Cəzaçəkmə müəssisələrindəki uşaq evlərində uşaqları olan qadınlara öz  məzuniyyətləri vaxtı övladlarını qohumlarının, himayəçilərinin yanına və ya uşaq evlərinə düzəltmək üçün cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) on beş günədək qısa müddətli səfərə getməsinə icazə verilə bilər.

İlk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində və ya ümumi rejimli tərbiyə müəssisələrində Azərbaycan Respublikası cəzaların İcrası Məcəlləsinin 113.3-cü və 124.3-cü maddələrinə əsasən saxlanılma şəraiti yaxşılaşdırılan məhkumlara ildə bir dəfə məzuniyyətləri vaxtı cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi günədək müddətə, yola sərf olunan iki günədək müddət nəzərə alınmamaqla, qısa müddətli səfər etməyə icazə verilə bilər.

3. Qısa müddətli səfərlərə icazənin verilməsi üçün əsaslar aşağıdakılardır:

- qaydanın 2-ci bəndinin 1-ci abzasında nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsi və müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən təqdim olunmuş sənədlər əsasında (yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulması barədə);

- qaydanın 2-ci  bəndinin  2-ci  abzasında  nəzərdə  tutulmuş  hallarda  məhkumun özünün, qohumlarının, uşağının himayəçisinin  ərizəsinə əsasən; 

- qaydanın 2-ci bəndinin 3-cü abzasında nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqında ərizəsinə əsasən.

4. Yetkinlik yaşına çatmayan məhkumların tərbiyə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərlərə buraxılması yalnız məhkumun valideynlərinin və ya himayəçilərinin müşayiəti və yazılı öhdəçiliyi əsasında verilə bilər (əlavə N-1). Müstəsna hallarda (valideynləri və ya himayəçiləri olmadıqda və ya ağır xəstə olduqda) isə həmin məhkumların qısa müddətli səfəri müəssisə nümayəndələrinin müşayiəti ilə də həyata keçirilə bilər.

Məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısa müddətli səfərə icazəni cəzaçəkmə müəssisəsinin rəisi və ya onun vəzifəsini icra edən şəxs, Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisi (Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Naziri) ilə razılaşdıraraq məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla təsdiq etdiyi qərara əsasən verir (əlavə N-2). Qısa müddətli səfərə buraxılmaması əsaslandırılmalıdır.[1]

İstintaqın gedişi və məhkəmə baxışı zamanı zərərçəkmişlərin, şahidlərin və digər şəxslərin ünvanına məhkum tərəfindən hədə-qorxu gəlməsi barədə  müəssisə rəhbərliyiinə məlumat daxil olarsa, məhkumun qısa müddətli səfərə buraxılması məsələsinə baxılarkən həmin məlumat nəzərə alınmalıdır.

5. Barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, vərəm və digər infeksion xəstəliklərə tutulmuş və tam müalicə kursu keçməmiş məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərlərə buraxılmasına icazə verilmir.

6. Məhkumun qısa müddətli səfərə buraxılması məsələsi müsbət həll olunduğu halda müəssisə müdiriyyəti (müəssisə rəisi və ya onun vəzifəsini icra edən şəxs) tərəfindən qəbul olunmuş qərara  əsasən məhkuma möhürlə təsdiq olunmuş vəsiqə təqdim olunur (əlavə N-3).

Səfərə getməmişdən əvvəl məhkum təlimatlandırılır və cəza çəkməkdən boyun qaçıracağı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilir və ondan yazılı iltizam alınır (əlavə N-4).

Qısa müddətli səfərlə əlaqədar toplanmış sənədlər məhkumun şəxsi işində saxlanılır.

7. Qısa müddətli səfər müddətində məhkum qeydiyyatdan çıxarılmır, onun müəssisəyə qayıtmasına müəssisənin xüsusi şöbəsi nəzarət edir. Məhkumun müəssisənin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Səfərdə olduğu vaxt ərzində ona əmək haqqı verilmir.

Məhkumun cəzaçəkmə müəssisəsindən qısa müddətli səfərə buraxılacağı barədə onun gedəcəyi yaşayış yerində yerləşən polis orqanına teleqrafla məlumat göndərilir.

8. Qısa müddətli səfər zamanı gedəcəyi yerin iqliminə uyğun olaraq məhkum şəxsi paltar və ayaqqabısından istifadə edir.

Məhkuma məxsus şəxsi geyim olmadıqda və ya cəzaçəkmə müəssisəsində ona verilmiş paltar, ayaqqabı yararsız vəziyyətdə olduqda, məhkum şəxsi hesabına təzə paltarla təmin edilir.

9. Məhkumun yol xərcini  şəxsən özü və ya qohumları ödəyir. Yol biletlərini məhkum özü müstəqil əldə edir. Zəruri hallarda müdiriyyət bu məsələdə ona köməklik edir.

10. Məhkum yaşayış məntəqəsinə gəlməsinin məqsədi, müddəti və yaşadığı ünvan barədə bir sutkadan gec olmayaraq ərazi polis orqanının növbətçi hissəsinə məlumat verməyə borcludur.

Polis orqanlarının növbətçisi məhkumun vəsiqəsində gəlmə vaxtı barədə qeydlər aparır. Məhkumun gəlməsi haqqında polis orqanının rəisinə məruzə olunur. Polis orqanının rəisi onun davranışına nəzarəti təşkil edir və vaxtında qayıtmasını təmin etmək üçün tədbir görür.

Səfər vaxtının qurtarmasının axırıncı günü məhkum yaşayış məntəqəsindən getməsi barədə qeydlər aparılması üçün polis orqanının növbətçi hissəsinə gəlir.

Səfərdən qayıtma iş günü sayılmayan günlərə düşərsə, qeydlər bir gün əvvəl aparılır. Gəlmə və getmə vaxtları möhürlə təsdiqlənir.

11. Üzürlü səbəblərdən gecikmə hallarına yol verilərsə məhkum bu barədə teleqrafla dərhal müəssisə müdiriyyətinə (rəisə və ya onun vəzifəsini icra edən şəxsə) məlumat verməlidir. Gecikmənin səbəblərini göstərən bildiriş və digər sənədlər yerli polis orqanları tərəfindən möhürlə təsdiq olunmalıdır. Polis orqanı məhkumun müəssisəyə qayıtması üçün tədbir görür, müəssisəyə qayıdandan sonra məhkum polis orqanları tərəfindən təsdiq edilmiş gecikmənin səbəbini əks etdirən sənədləri təqdim edir.

12. Qısa müddətli səfər zamanı məhkum xəstələnərsə və bu halda onun cəzaçəkmə müəssisəsinə qayıtması qeyri-mümkün olarsa, həmin məhkum polis orqanının təşəbbüsü ilə yaxınlıqda yerləşən, azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsinə, belə müəssisə olmadıqda isə səhiyyə orqanlarının tabeliyində olan xəstəxanaya yerləşdirilir. Polis orqanı bu barədə cəzaçəkmə müəssisəsinin müdiriyyətinə məlumat verir və müalicədən sonra məhkumun vaxtında cəzaçəkmə müəssisəsinə qayıtmasına nəzarət edir.

Məhkumun cəzaçəkmə müddəti səhiyyə orqanının xəstəxanasında olduğu dövrdə qurtararsa, müalicədən sonra o, müvafiq sənədləri almaq üçün cəzaçəkmə müəssisəsinə getməlidir.

13. Məhkumun polis orqanında qeydiyyata düşməsi üçün gəlməməsi müəyyən edilən hallarda, polis orqanının rəisi bunun səbəblərini və onun yerinin müəyyən edilməsi üçün tədbir görür. Məhkumun cəza çəkməkdən yayınması müəyyən edildikdə, müvafiq polis orqanı onun tutulması üçün tədbir görür. Bu barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə teleqrafla məlumat verilir.

14. Qısa müddətli səfərlərin müddəti sutkalarla hesablanır. Qayıtma vaxtına nəzarət edilən zaman, müddətin qurtarması vəsiqədə göstərilən axırıncı günün saat 24:00 kimi hesab edilməlidir.

15. Qısa müddətli səfərə getmiş məhkumların cəzaçəkmə müəssisələrinə üzürsüz səbəbdən vaxtında qayıtmaması qadağandır. Qısa müddətli səfərdən qayıtmayan məhkumların axtarışı qanunla müəyyən edilmiş qaydada təşkil olunur.

16. Məhkumun cəzaçəkmə müddəti qısa müddətli səfər zamanı başa çatarsa, onunla bütün hesablaşmalar aparılır, sənədləri, pulları, şəxsi və qiymətli əşyaları özünə verilir. Onun cəza çəkməkdən azad olunması barədə arayışı isə yaşayış yeri üzrə polis orqanına göndərilir. Cəzaçəkmə müddətinin qurtardığı gün polis orqanı həmin arayışı məhkuma təqdim edir. Göstərilən hallarda müəssisənin müdiriyyəti məhkumla bu barədə söhbət edir, arayışı cəza çəkmə müddətinin qurtaracağı gün yaşayış yeri üzrə polis orqanından alacağını onun nəzərinə çatdırır və göstərilənlər haqqında şəxsi işində qeydlər aparır.

17. Bu qayda Azərbaycan Respublikası cəzaların İcrası Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumlara da şamil edilir.

 

 

 

Əlavə N-1

 

Tərbiyə müəssisəsinin hüdudlarından kənara qısa müddətli səfər zamanı yetkinlik yaşına çatmayan məhkum tərəfindən davranış qaydalarına əməl edilməsinə, onun valideyninin (himayəçisinin) cavabdehliyi barədə

 

Ö  H  D  Ə  L  İ  K

 

 

Mən,___________________________________________________________________ 

(öhdəlik götürən şəxsin soyadı, adı, atasının adı)

məhkum __________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

tərbiyə müəssisəsinin hüdudlarından kənara qısa müddətli səfərə apararaq, aşağıdakı öhdəlikləri götürürəm:

- müəyyən edilmiş tarixlərdə onun daxili işlər orqanlarında qeydiyyatdan keçməsini təmin etməyi;

- qısa müddətli səfər zamanı məhkumun yalnız müəyyənləşdirilmiş ünvanda olmasını;

- qısa müddətli səfər zamanı məhkumun davranışına nəzarət etməyi;

- müəyyən edilmiş tarixdə məhkumu tərbiyə müəssisəsinə gətirməyi.

 

Öhdəlik götürən şəxs ______________

                                                  (imza)

 

 

Şəxsiyyəti  təsdiq edən sənədin

seriyası və nömrəsi ______________

 

 

 

"___"_____________200__il.

 

 

 

 

 

Əlavə N-2

 

"RAZIYAM"

 

AR ƏN PX-in rəisi (Naxçıvan MR Ədliyyə Naziri)

 

 

_______________________________

                  (rütbə, soyad)

_______________________________

                     (imza)

         "___"_____________200__il.

 

Məhkuma qısa müddətli səfər etməyə icazə verilməsi barədə

 

Q Ə R A R

 

      Mən, ______________ cəzaçəkmə müəssisəsinin (İT) rəisi _____________

                     (müəssisənin adı)                                                                                                   (rütbə,

____________________________ məhkum________________________________

               soyad)                                                                                              (soyadı, adı,

_____________________________________, ona qısa müddətli səfərin təqdim edilməsi

             atasının adı)             

barədə ərizəsinə baxaraq,

 

M Ü Ə Y Y Ə N       E T D İ M:

 

____________________________________________________________________________________

(qısa müddətli səfərlərin əsaslandırılması)

____________________________________________________________________________________

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR CİM-in 89-cu maddəsini rəhbər tutaraq,

 

Q  Ə  R  A  R  A          A  L  D  I  M:

 

Məhkum __________________________________________________________________________  

(soyadı, adı, atasının adı)

__________________________________________________________________________________

(məhkumun gedəcəyi yerin ünvanı)

 

________ gün yol üçün müəyyən edilməklə, __________ gün müddətinə qısa müddətli səfər etməyə icazə verilsin.

 

cəzaçəkmə müəssisəsinin (İT) rəisi __________________________________________________

                                                                                                                          (rütbə, soyad)

                                                                                                                   _______________

                                                                                                                                     (imza)

"____" __________ 200    il

           

 

Əlavə N-3

 

 

VƏSİQƏNİN KÖTÜYÜ  N  _______

Cəzaçəkmə müəssisəsi (İT) rəisinin ______ tarixli qərarına əsasən, məhkum ____________

                                                                                                                                                                            (təvəllüdlü,

_______________________________________________________________________________

soyadı, adı, atasının adı)

_______________________________________________________________________________

(AR  CM-nin maddəsi, cəza müddətinin əvvəli və sonu)

_______________________________________________________________________________

(AR  CİM-in 89-cu maddəsinə uyğun olaraq səfərin əsasını göstərmək)

_______________________________________________________________________________

(məhkumun gedəcəyi yerin ünvanı)

____ gün yol üçün müəyyən edilməklə, ____ gün müddətinə qısa müddətli səfər etməyə icazə verilmişdir.

                                                          Vəsiqə "___" _______200   il tarixində verilib.__________

Gedib    "___" _________ 200   il                                                                                      (məhkumun imzası)

Qayıdıb "___" _________ 200   il           Xüsusi hissənin rəisi  ____________________

                                                                                                             (soyad)

                                                                                                          ____________________

                                                                                                                     (imza)                     

-----------------------------------------------------------------------------------------------------------

-----------------------------------------------------------------------------------------------------------

 

VƏSİQƏ  N ______

 

Vəsiqə _________ təvəllüdlü, ______________________________________ anadan olmuş

(məhkumun anadan olduğu yer)

məhkum__________________________________________________________ verilib.

(soyadı, adı, atasının adı)

 

O, AR CM-nin ____________________, ____________ maddəsi (ləri) ilə məhkum edilmişdir.

Cəza müddətinin əvvəli  ______________________,  sonu _____________________________.

Ona____________________________________________________________________ əlaqədar

(AR  CİM-in 89-cu maddəsinə uyğun olaraq səfərin əsasını göstərmək)

________________________________________________________________________________

(məhkumun gedəcəyi yerin ünvanı)

____ gün yol üçün müəyyən edilməklə, ____ gün müddətinə qısa müddətli səfər etməyə icazə verilmişdir.

      O, "___" __________ 200  il tarixində _____________________________________________

                                                                                          (müəssisənin ünvanı)

ünvanda yerləşən _________________ cəzaçəkmə müəssisəsinə (İT) qayıtmağa borcludur.

      (müəssisənin adı)

                                     

cəzaçəkmə müəssisəsinin (İT)

telefon nömrəsi ______________________

faks nömrəsi     ______________________ 

                       

                   

 

 

Cəzaçəkmə  müəssisəsinin  (İT) rəisi  ________________

                                                                                                           (soyad)

 

ŞƏKİL

ÜÇÜN

 YER

 3X4

                                                       ________________ 

                                                                                (imza)       

                                               "____" ___________ 200   il

 

                                           Məhkumun gəlməsi və getməsi

                                              barədə daxili işlər orqanı rəisinin qeydi:

(gerbli möhür üçün yer)           

Gəlib:_________________________

                                                                                                                        (tarix, imza, gerbli möhür)

______________________                                                         Gedib:_________________________           

(məhkumun imzası)                                                                                                               (tarix, imza, gerbli möhür)

 

 

 

 

 

 

Əlavə N-4

 

 

İ  L   T   İ   Z   A   M

 

 

Mən, aşağıda imza edən məhkum___________________________________________________

(soyadı, adı, atasının adı)

     _________________________________________________________________________________

 

bu iltizamı ona görə verirəm ki, mənə cəzaçəkmə müəssisəsinin (İT) hüdudlarından kənara qısa müddətli səfərdə olma qaydası izah olunub.

Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi üzrə cəza çəkməkdən boyun qaçırmaya görə məsuliyyət barədə xəbərdar edilmişəm.

 

 

"____"___________ 200    il                                       _________________________

                                                                                                   (məhkumun imzası)                        

 

 

                                              İltizamı götürdü_________________________

                                                                                                                 (vəzifə, rütbə, soyad)                    

 

                                                                             _________________________

                                                                                                 (imza)                     

 

     

"____"___________ 200    il                    

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 iyun 2007-ci il tarixli 3310 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, ¹ 05-06)














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).