10:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ Q A N U N U

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
 
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 56.7-ci maddədə "48" rəqəmi "24" rəqəmi ilə əvəz edilsin.
2. 98.4-cü maddənin birinci cümləsində "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilsin.
3. 98.10-cu maddədə "3 gün müddətində," sözlərindən sonra "səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq)," sözləri əlavə edilsin.
4. 98.11-ci maddənin birinci cümləsində "3 gün müddətində" sözlərindən sonra ", səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal" sözləri əlavə edilsin.
5. 98-1.10-cu maddənin üçüncü cümləsində "3 gün müddətində," sözlərindən sonra "səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq)," sözləri əlavə edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
"Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.".
6. 98-1.13-cü maddədə "24" rəqəmi "18" rəqəmi ilə əvəz edilsin və "gec olmayaraq" sözlərindən sonra "müvafiq seçki komissiyasının qərarı ilə birlikdə" sözləri əlavə edilsin.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri                                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 24 iyul 2012-ci il
¹ 12- IV QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).