16:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
 
I. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanununa aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
 
1. 10-1.2-ci maddədə "salınması" sözündən sonra ", seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi" sözləri əlavə edilsin.
2. 20-ci maddə üzrə:
2.1. 20.4-cü maddədən "və digər aktlar" sözləri çıxarılsın;
2.2. 20.8-ci maddədə "təyin edilməlidir" sözləri "seçilməlidir" sözü ilə əvəz edilsin.
3. 23.2.5-ci və 29.1.5-ci maddələrdən "seçki bülletenlərinin qoyulması üçün zərflərin," sözləri, 23.2.9-cu maddədən "seçki bülleteninin qoyulması üçün zərflərin," sözləri çıxarılsın.
4. 24-cü maddə üzrə:
4.1. adında "işinin təşkili" sözləri "fəaliyyət istiqamətləri" sözləri ilə əvəz edilsin;
4.2. 24.1-ci maddə çıxarılsın, birinci abzas 24.1-ci maddə hesab edilsin.
5. 28.5-ci maddədə "75" rəqəmi "58" rəqəmi ilə əvəz edilsin.
6. 75.7-ci maddə üzrə:
6.1. birinci cümlədə "təqdimatla" sözü "hüquq mühafizə orqanlarına və ya" sözləri ilə əvəz edilsin;
6.2. ikinci cümlədə "qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna öz qərarı ilə xəbərdarlıq edir və ya qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması barədə təqdimatla məhkəməyə müraciət edir" sözləri "təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür" sözləri ilə əvəz edilsin.
7. 77.3.1-ci maddədə "250" rəqəmi "30" rəqəmi ilə, 77.4.1-ci maddədə "50" rəqəmi "100" rəqəmi ilə əvəz edilsin.
8. 80.1-ci, 83.4-cü və 84.2.2-ci maddələrdə "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin.
9. 90.4-cü maddənin birinci cümləsində "üzvlərinin" sözü "üzvlərindən birinin" sözləri ilə əvəz edilsin.
10. 97.2-ci maddənin birinci cümləsində "dairə seçki komissiyalarında" sözləri "Mərkəzi Seçki Komissiyasında"' sözləri ilə əvəz edilsin.
11. 99.2.2-ci, 99.2.5-99.2.10-cu, 99.2.12-ci və 99.2.13-cü maddələrdən "və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda" sözləri çıxarılsın.
12. 101.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"101.1.2. seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər; ".
13. 101.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 101.1.22-ci və 101.1.23-cü maddələr əlavə edilsin:
"101.1.22. seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;
101.1.23. seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.".
14. 102-ci maddə üzrə:
14.1. adında "Seçki komissiyaları tərəfindən cərimələrin" sözləri "Cərimələrin" sözü ilə əvəz edilsin;
14.2. mətnində "cərimə tətbiq" sözləri "cərimənin tətbiqi üçün məhkəməyə müraciət" sözləri ilə əvəz edilsin.
15. 103.3-cü maddədə "2-ci və 4-cü" sözləri "2-ci, 4-cü və 5-ci" sözləri ilə əvəz edilsin.
 
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri:    VASİF TALIBOV

Naxçıvan şəhəri, 24 iyun 2010- cu il
¹ 12- III QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).