22:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muõtàr Råspublikàsının Vəkillər Kîllågiyàsı hàqqındà Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında"Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
 
I. "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa aşağıdakı dəyişikliklər və əlavə edilsin:
 
1. 2-ci maddədə:
1.1. I hissə aşağıdakı redaksiyada verilsin:
"I. Vəkillər Kollegiyasının Nizamnaməsini, İxtisas və İntizam Komissiyalarının əsasnamələrini qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinini və digər üzvlərini, İntizam Komissiyasının sədrini və üzvlərini seçmək, Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının həcmini müəyyən etmək Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağının müstəsna səlahiyyətidir.";
1.2. II hissə çıxarılsın;
1.3. III hissənin üçüncü cümləsində "bir" sözü "iki" sözü ilə əvəz edilsin.
2. 8-ci maddənin VII hissəsinə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
"Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz".
 
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri     VASİF TALIBOV

Naxçıvan şəhəri, 24 iyun 2010- cu il
¹ 11- III QN













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).