13:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında

«Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU
 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
 
I. «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikasının 2005-ci il 9 iyul tarixli Qanununa aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 8.1-ci maddədə «90» rəqəmi «60» rəqəmi ilə əvəz edilsin.
2. 8.3-cü maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«8.3. Səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur».
3. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
«Maddə 10-1. Seçkilərin gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi
10-1.1.Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fıziki şəxslərin seçkilərin gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.
10-1.2.Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.».
4. 14.3.4-cü maddəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.».
5. 27.3-cü maddədə «85» və «80» rəqəmləri müvafiq olaraq «58» və «57» rəqəmləri ilə əvəz edilsin.
6. 28.1-ci maddədə «70» rəqəmi «55» rəqəmi ilə əvəz edilsin.
7. 32.4 cü maddədə «xüsusi rejim» sözlərindən əvvəl «Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda» sözləri əlavə edilsin, 5-ci cümlədən sonra aşağıdakı məzmunda cümlə əlavə edilsin: «Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir.».
8. 39.2.3-cü maddədən «seçki bülletenlərinin qoyulması üçün zərflərin və» sözləri çıxarılsın.
9. 39.2.7-ci maddədən «seçki bülletenlərinin qoyulması üçün zərfə,» sözləri çıxarılsın.
10. 39.3.1-ci maddədən «seçki bülletenlərinin qoyulması üçün zərflər və» sözləri çıxarılsın.
11. 42.1-ci maddənin ikinci cümləsində «yalnız məhkəmənin qərarı əsasında» sözləri «Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən» sözləri ilə əvəz edilsin və həmin cümlədən mötərizədə verilmiş «(bu halda məhkəmənin qərarı seçici siyahısına əlavə edilir)» sözləri çıxarılsın; «25» rəqəmi «20» rəqəmi ilə əvəz edilsin.
12. 42.3-cü maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«42.3.Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.».
13. Aşağıdakı məzmunda 43.4-1-ci maddə əlavə edilsin:
«43.4-1. İstintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.».
14. 44.1-ci maddənin 3-cü cümləsi çıxarılsın.
15. 44.1-ci maddədə «20» rəqəmi «25» rəqəmi ilə əvəz edilsin.
16. 50.5.4-cü maddədə «notariat qaydasında» söz birləşməsi «Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada» sözləri ilə əvəz edilsin.
17. 54.1-ci maddədə «50» və «30» rəqəmləri müvafiq olaraq «45» və «25» rəqəmləri ilə əvəz edilsin.
18. 54.5-ci maddə çıxarılsın.
19. 55.1-ci maddədə «düzgünlüyünü yoxlamaq hüququ var» sözləri «düzgünlüyünü yoxlayır» sözləri ilə əvəz edilsin.
20. 55.2-ci maddədə «35» rəqəmi «30» rəqəmi ilə əvəz edilsin.
21. 56.2.1-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«imzaların toplanması zamanı bu Qanunun 53.1-ci maddəsinin tələblərinin pozulması;».
22. 56.5-ci maddə çıxarılsın.
23. 56.10-cu maddədə «25» rəqəmi «14» rəqəmi ilə əvəz edilsin.
24. 59.2-ci maddədə «vəsiqə» sözü «lövhəcik» sözü ilə əvəz edilsin.
25. 60.2-ci maddənin 4-cü cümləsi çıxarılsın.
26. 63.2-ci maddədə «25» rəqəmi «12» rəqəmi ilə əvəz edilsin.
27. 65.3-cü, 68.1-ci və 71.1-ci maddələrdə «35» rəqəmi «30» rəqəmi ilə əvəz edilsin.
28. Aşağıdakı məzmunda 68.7-ci maddə əlavə edilsin:
«68.7. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.».
29. 74.6-cı maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«74.6. Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır.».
30. 77-ci maddənin mətnində «mislindən» sözü «manatdan» sözü ilə əvəz edilsin, 77.2-ci maddədən «seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə müəyyənləşdirilən şərti maliyyə vahidinin» sözləri, 77.3.1-ci, 77.3.2-ci, 77.4.1-ci və 77.4.2-ci maddələrdən «seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin» sözləri çıxarılsın.
31. 77.2-ci maddədə «15» rəqəmi «100» rəqəmi ilə, 77.3.1-ci maddədə «5» rəqəmi «250» rəqəmi ilə, 77.3.2-ci maddədə «100» rəqəmi «600» rəqəmi ilə, «2» rəqəmi «10» rəqəmi ilə, 77.4.1-ci maddədə «10» rəqəmi «50» rəqəmi ilə, 77.4.2-ci maddədə «50» rəqəmi «600» rəqəmi ilə, «5» rəqəmi «10» rəqəmi ilə əvəz edilsin.
32. 80.1-ci maddədə «80» rəqəmi «55» rəqəmi ilə əvəz edilsin.
33. 81-ci maddənin mətnində «mislindən» sözü «manatdan» sözü ilə əvəz edilsin, 81.3.1-81.3.3-cü və 81.4.1-81.4.3-cü maddələrdə «seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin» sözləri çıxarılsın.
34. 83.4-cü maddədə «70» rəqəmi «55» rəqəmi ilə əvəz edilsin.
35. 85.6.3-cü maddədə «qoyulan zərfin» sözləri çıxarılsın.
36. 86-cı maddənin adından «və seçki bülletenlərinin qoyulması üçün zərflər» sözləri və 86.10-cu maddə çıxarılsın.
37. 87.2.4-cü, 87.2.10-cu və 87.2.11-ci maddələr çıxanlsın.
38. 87.2.6-cı maddədən «seçki bülleteninin qoyulması üçün zərflərin və» sözləri çıxarılsın.
39. 87.2.12-ci və 87.2.13-cü maddələrdə «olan zərflərdə» sözləri çıxarılsın.
40. 87.12.1-ci maddədə «45» rəqəmi «40» rəqəmi ilə əvəz edilsin.
41. 87.12.2-ci maddəyə cümlə əlavə edilsin: «Bu qayda müvafiq seçki dairəsinin ərazisində tətbiq edilir.».
42. 88.6-cı maddə 88.7-ci maddə hesab edilsin.
43. Aşağıdakı məzmunda 88.6-cı maddə əlavə edilsin:
«88.6. Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlayır və içəri daxil olmağa icazə verir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir.».
44. 88.7-ci maddənin 5-ci cümləsi çıxarılsın.
45. 88.11-ci maddədən «məntəqə seçki komissiyasının möhürü ilə möhürlənən zərfə qoyur və» sözləri çıxarılsın.
46. 88.18-ci maddənin 1-ci cümləsindəki «2 gün qalmış» sözləri «12 saat qalmış» sözləri ilə əvəz edilsin.
47. 89.2-ci maddənin 4-cü cümləsi aşağıdakı redaksiyada ifadə edilsin: «Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır.»; 6-cı cümlə çıxarılsın; «zərflər» sözü «bülletenlər» sözü ilə əvəz edilsin.
48. 89.4-cü maddə çıxarılsın.
49. 89.8-ci maddədən «, bağlanıb möhürlənmiş zərflər,» sözləri çıxarılsın.
50. 90.4-cü və 91.3-cü maddələrdən «zərflərin və» sözləri çıxarılsın.
51. 96.1 -ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«96.1. Seçkilərin ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilə bilər.».
52. 96.3-cü maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«96.3. Dairə üzrə seçkilərin ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyasına, kütləvi informasiya vasitələrinə təqdim edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir.».
53. 98.5-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
98.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:
98.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;
98.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;
98.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
98.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;
98.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;
98.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;
98.5.7. şikayət üçün əsas bu Qanunun, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;
98.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;
98.5.9. şikayətçinin tələbi;
98.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.
98.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.».
54. 98.9-cu maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«98.9.Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.».
55. Aşağıdakı məzmunda 98-1-ci maddə əlavə edilsin:
«Maddə 98-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması
98-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 5 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafıq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
98-1.2. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
98-1.3. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparılmalıdır.
98-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır:
98-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək;
98-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək;
98-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;
98-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.);
98-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək;
98-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:
98-1.5.1. şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır;
98-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;
98-1.5.3. şikayət bu Qanunla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;
98-1.5.4. şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir;
98-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Qanunun 98-1.4-cü və 98-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbir görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir);
98-1.5.6. ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Qanunla müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;
98-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir.
98-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Qanunun 98-1.5- ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:
98-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan, seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Qanunun 56.6-cı, 74.8-ci, 75.7-ci, 75.8-ci, 99-cu, 101-ci və 102-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;
98-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Qanuna uyğun olaraq şikayət edilə bilər;
98-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir;
98-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır;
98-1.6.5. ekspert bu Qanunun 98-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir;
98-1.6.6. daxil olmuş şikayətdə bu Qanunun 98-1.6.4. maddəsində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur;
98-1.6.7. 98.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, mərkəzi seçki komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.
98-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.
98-1.8. İclas zamanı ekpsert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.
98-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.
98-1.10. Şikayəti araşdıran ekspert bu Qanunun 98.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir.
98-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:
98-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;
98-1.11.2. Bu Qanunun 99.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə;
98-1.11.3. Bu Qanunun 99.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasmdan imtina edilməsi barədə;
98-1.11.4. Bu Qanunun 99.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;
98-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafıq seçki komissiyasında yenidən baxılması haqqında.
98-1.12. əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.
98-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 24 saatdan gec olmayaraq dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.
98-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:
98-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;
98-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (bu Qanunun 98.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.».
56. 99.1-ci maddədə «qeydiyyatının ləğv edilməsi barədə məhkəməyə müraciət etmək barədə» sözləri «bu Qanunun 60-cı maddəsində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə» sözləri ilə əvəz edilsin.
57. 99.2-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
«99.2. Namizədin qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur.».
58. 99.2.1-ci maddə çıxarılsın.
59. Aşağıdakı məzmunda 99-1.1-ci maddə əlavə edilsin:
«99-1.1. Seçki komissiyası namizədin qeydiyyata alınmasından onlar tərəfindən bu Qanuna uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Qanunun 56.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.».
60. Aşağıdakı məzmunda 100.6-cı maddə əlavə edilsin:
«100.6. Seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafıq dairə seçki komissiyası tərəfindən təmin edilir.».
61. Bu Qanunun 2 saylı əlavəsində imza toplandıqdan sonra imza vərəqələrinin imzalanması üçün nəzərdə tutulan sətirdə «namizəd» sözü müvafiq olaraq «namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi» sözləri ilə əvəz edilsin.
 
II. Bu Qanun imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri     VASİF TALIBOV

Naxçıvan şəhəri, 16 dekabr 2008-ci il
¹ 5-III QN

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).