5:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanunu
 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
 
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
 
1. 3-cü maddədə "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilsin.
 
2. 25.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir."
 
3. 39.2.9-cu maddədə "möhürləndiyi" sözü "kilidləndiyi" sözü ilə əvəz edilsin.
 
4. 49-cu maddə üzrə:
4.1. 49.6-cı maddənin birinci cümləsində "qərar" sözü "qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.";
4.2. 49.7-ci maddədə "sürülməsini təsdiq edən qərarın surətini verməkdən" sözləri "sürülməsinin təsdiq olunmasından" sözləri ilə əvəz edilsin.
 
5. 50-ci maddə üzrə:
5.1. 50.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
"Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.";
5.2. 50.10-cu maddənin birinci cümləsində "Namizədin qeydə alınmasından" sözləri "İrəli sürülmüş namizədin təsdiq olunmasından" sözləri ilə əvəz edilsin.
 
6. 55.3-cü maddənin dördüncü cümləsində "İmza" sözü "Bu Qanunun 55.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza" sözləri ilə əvəz edilsin.
 
7. 88.5-ci maddədə "möhürləyir" sözü "kilidləyir" sözü ilə əvəz edilsin.
 
8. 89.1-ci maddənin yeddinci cümləsində "möhür və plomblarının" sözləri "kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün)" sözləri ilə əvəz edilsin.
 
9. 103.3-cü maddədə "2-ci, 4-cü və 5-ci" sözləri "2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci" sözləri ilə əvəz edilsin;
 
10. 104-cü maddə üzrə:
10.1. 104.1-ci maddəyə "müraciət" sözündən sonra "(rəsmi məlumat)" sözləri əlavə edilsin;
10.2. 104.2-ci maddədə "2-ci və 4-cü" sözləri "2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci" sözləri ilə əvəz edilsin.
 
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
 
Naxçıvan şəhəri, 14 iyul 2018-ci il













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).