11:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Ombudsmanların Beynəlxalq Konfransı

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanların XV beynəlxalq konfransında iştirak edib.
 
20-21 iyun 2018-ci il tarixlərində Bakı şəhərində "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Beynəlxalq Konfransı keçirilmişdir.
Konfrans 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr edilmişdir. 
Dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin ombudsmanlarının, insan hüquqları sahəsində beynəlxalq ekspertlərin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova da iştirak etmişdir.
Konfransda Ombudsman Ülkər Bayramova "Naxçıvanda əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyi" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə bu sahəyə göstərilən diqqətin təzahürü olmaqla yanaşı, insan hüquqlarının davamlı inkişafına da öz töhfəsini verib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla 18 iyunun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü elan olunması isə bu sahənin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsinin bariz nümunəsidir.
 
 
Qeyd edilmişdir ki, ötən illər ərzində ölkədə bu sahədə keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da davam etdirilib. İnsan hüquq və azadlıqları, o cümlədən əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və daha səmərəli təmin edilməsi məqsədilə məhkəmədənkənar müdafiə mexanizmləri formalaşdırılmışdır.
Ombudsman vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2006-cı ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalamış, həmin Fərmana əsasən muxtar respublikada insan hüquqlarının yeni və alternativ müdafiə mexanizmi olan müvəkkil təsisatının maddi-texniki bazası formalaşdırılmış, fəaliyyəti təmin edilmişdir.
Tədbir öz işini iclas və sessiyalarla davam etdirmişdir.
İyunun 21-də Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı başa çatmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.
 
22/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).