14:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Tədbir

Ombudsmanın nümayəndəsi Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilmiş "Əmək miqrasiyası və qaçqın məsələləri" adlı təlimdə iştirak etmişdir.
 
Noyabrın 30-da Naxçıvan şəhərində yerləşən Duzdağ otelində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən aid dövlət orqanlarının iştirakı ilə "Əmək miqrasiyası və qaçqın məsələləri" mövzusunda təlim keçirilmişdir. Təlimdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov iştirak etmişdir. 
Tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov çıxış edərək ölkəmizdə miqrasiya sahəsində görülən işlər barəsində məlumat vermişdir.
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında iqtisadi artım və iqtisadiyyata investisiyaların yatırılması prosesinin davam etdiyini, bunun isə əmək bazarında xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunduğunu vurğulayan E.Məmmədov diqqətə çatdırmışdır ki, artım Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlərin sayında da özünü göstərir. Buna görə də milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksəkixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması günün tələbidir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi Tofiq Rəcəbli ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsinin hüquqi əsasları mövzusunda çıxış etmiş, miqrasiya qanunvericiliyindəki yeniliklər, miqrasiya proseslərinin idarə edilməsi sahəsinə nəzarətin əhəmiyyəti, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə görülən işlərin vacibliyi, bu sahədə qanunvericiliyin ilbəil daha da təkmilləşdirilməsinin qazandırdığı üstünlüklər, hüquqi sənədlərin tənzimlədiyi sahələr üzrə müvafiq prosedurların sadələşdirilməsi barəsində danışmışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilərin əmək hüququnun tənzimlənməsi mövzusunda çıxış edərək ölkə qanunvericiliyində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu, onların hüquq və vəzifələri barədə məlumat vermişdir. 
"Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada investisiya və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər" deyə çıxış edən Faiq Səfərov diqqətə çatdırmışdır ki, bu halda onlar Azərbaycan Respublikası qanunları ilə digər qaydalar nəzərdə tutulmayıbsa, ölkə vətəndaşları üçün müəyyən olunmuş hüquqlardan istifadə edirlər və vəzifələr daşıyırlar.
Təlim zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Samir Abbasovun, Kənan Məmmədovun və Rahib Kərimovun çıxışları olmuş,çıxışlarda əmək miqrasiyasının tənzimlənməsi prosesində yaranan problemlərin həlli üsullarından, qaçqınlıq və bu sahədə yaranan problemlərin həlli yollarından, beynəlxalq aləmdə qaçqın məsələlərindən söhbət açılmış, videoçarx vasitəsilə bu sahələrdə dünyada və Azərbaycanda mövcud vəziyyət iştirakçıların diqqətinə çatdırılmışdır.
Sonda təlimin nəticələri ilə bağlı müzakirələr aparılıb.
 
02.12.2015 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).