2:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir 15.01.2013

15 yanvar 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrin icrasına dair yığıncaq keçirilmişdir.
 
15 yanvar 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrin icrasına dair yığıncaq keçirilmişdir. 
Tədbirdə çıxış edən Müvəkkil Ülkər Bayramova qeyd etmişdir ki, 2012-ci ildə də insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Müvəkkilə ünvanlanmış hər bir müraciətə həssaslıqla yanaşılmış, müvafiq araşdırmalar aparılmış, aid qurumlara sorğular ünvanlanmış, bununla yanaşı şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir. Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış, daxil olan bütün müraciətlər cavablandırılmışdır. 2012-ci ildə təsisatın insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə sahəsində fəaliyyəti uşaq, əlil, qadın, hərbi qulluqçular və məhkumlara ünvanlanan insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən müvafiq tədbirlərin keçirilməsi, maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirilmişdir.
Ötən il həyata keçirilən mühüm tədbirlərdən biri də muxtar respublikanın tam orta məktəblərindən 500 şagirdin, ali və orta ixtisas təhsili müəssisələrindən isə 120 tələbənin iştirak etdiyi, Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müddəalarını əks etdirən "12 Noyabr - Konstitusiya Günü"nə həsr edilmiş "Mənim hüquq və vəzifələrim" adlı hüquq olimpiadasıdır.
Qeyd edilmişdir ki, ötən il ərzində müxtəlif sosial qruplara ünvanlanmış 54 tədbir keçirilmiş, 150 ədəd "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının mətni", 600 ədəd "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Qanun" yeni redaksiyada, 250 ədəd "İnformasiya əldə etmək" haqqında Azərbaycan Respublikasının Qanununa dair yaddaş kitabçası hazırlanmış, müxtəlif tədbirlərdə aidiyyəti qurumlara paylanmışdır. Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaradılması da daim diqqət mərkəzində saxlanılmış, ötən il beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir. 2012-ci ildə Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid 25 müəssisədə plan üzrə 39, plandankənar 5 olmaqla, cəmi 44 başçəkmə həyata keçirilmişdir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə Müvəkkil informasiya sahibi olan dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının müəyyən edilməsi, maarifləndirici tədbirlərin həyata keçirilməsi, habelə ma arifləndirici vəsaitlərin hazırlanması istiqamətində işlərini davam etdirmişdir.
Yığıncaqda 2012-ci ildə görülən işlər təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmiş, 2013-cü il üçün tərtib edilmiş iş planı müzakirə olunaraq qəbul edilmişdir.
Yığıncağa Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.
 
16/01/2013













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).