6:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Başçəkmə

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən növbəti başçəkmə həyata keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama təcridxanalarında (MST), o cümlədən müvafiq sosial obyektlərdə həyata keçirdiyi başçəkmələr 2013-cü ildə də davam etdirilmişdir.
22 yanvar 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri Naxçıvan Qarnizonunun Hauptvaxtına, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə və İstintaq Təcridxanasına başçəkmələr həyata keçirmişlər.
Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olmuş, onların şəxsi işlərinə və müvafiq qeydiyyat kitablarına baxış keçirmiş, həmçinin işçi heyətin onlarla rəftarı, tibbi xidmətin vəziyyəti, qida rasionu, qidanın keyfiyyəti vəziyyətini diqqət mərkəzində saxlamışlar.
Həyata keçirilən başçəkmələr zamanı saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı həmin şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
Eyni zamanda saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onlara hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 
22.01.2013













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).