2:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir 21.02.2013

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nəzdində olan Qarışıq rejimli cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdir.
 
Fevral ayının 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nəzdində olan Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi rejimində "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitansiar xidmətinin əməkdaşı Əli Rəhimov, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları və həmin müəssisədə cəza çəkən məhkumlar iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, respublikamız 31 may 1996-ci il tarixli qanunla BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası"nı, həmçinin 2 dekabr 2008-ci il tarixli qanunla isə bu Konvensiyanın Fakültativ Protokolu ratifikasiya edilmişdir. Adı çəkilən Konvensiyanın və onun Fakultativ Protokolunun əsas tələbi işgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və cəza növlərinin qadağan edildiyini və onların insan hüquqlarının ciddi pozuntuları olduğunu bir daha təsdiq etmək və azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma yerlərinə mütəmadi başçəkmələrə əsaslanan, preventiv xarakter daşıyan qeyri-məhkəmə tədbirləri əsasında şəxslərin işgəncələrdən müdafiəsinin gücləndirilməsi üzrə gələcək tədbirlərin görülməsi öhdəliyi, azadlıqdan məhrum edilmiş şəxslərin insan hüquqlarına tam riayət olunmasının ümumi vəzifə olduğu və beynəlxalq qrumların fəaliyyəti ilə milli tədbirlərin tamamlanmasının bu prosesə xidmət etdiyini diqqətə çatdırmaq olmuşdur.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
23.02.2013













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).