23:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Elan 19.03.2013

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və insan hüquqları" mövzusunda yazı müsabiqəsi elan edilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Mətbuat Şurası ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və insan hüquqları" mövzusunda yazı müsabiqəsi elan edir. Müsabiqəyə fərdi jurnalist yazıları təqdim olunur.
 
Müsabiqənin keçirilməsində məqsəd.
Müsabiqənin keçirilməsinin əsas məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin, dövlətçiliyimizin əbədiyaşarlığının təmin olunması, demokratik hüquqi dövlət quruculuğu, ölkəmizin müstəqilliyi dövründə insan hüquq və azadlıqları sahəsində reallaşdırılan islahatların daha da dərindən öyrənilməsindən, jurnalistlərin bu istiqamətdə yazılar hazırlamasını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Mətbuat Şurasının təşkilatçılığı ilə jurnalistlər arasında keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər müvafiq iştirakçı anketini müsabiqənin təşkilat komitəsindən əldə etməlidirlər (ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 8, əlaqə telefonu: 545-03-89).
 
Müsabiqədə iştirak.
Kütləvi informasiya vasitələrində işləyən jurnalistlər və mətbuatda yazılarla çıxış edən hər bir şəxs müsabiqədə iştirak edə bilər.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarı
Mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma.
 
Müsabiqənin şərtləri.
Müsabiqəyə təqdim ediləcək yazı 14-lük şriftlə Times New Roman formatında yazılmalı və ən azı 5 (beş) A4 vərəqi ölçüsündə olmalıdır.
Müsabiqə iştirakçıları yazını çap variantında 3 (üç) nüsxədə və elektron formatda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına və "Şərq qapısı" qəzeti redaksiyasına aprel ayının 25-dək şəxsən təqdim etməlidirlər (ünvanlar: Naxçıvan şəhəri, Atatürk küçəsi 8, "Təbriz" küçəsi 1).
Müsabiqəyə təqdim olunan və mövzu üzrə tələbləri ödəyən 3 yazı müsabiqənin münsiflər heyətinin qərarından sonra qalib elan olunur.
Müsabiqə qalibləri Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Mətbuat Şurası tərəfindən mükafatlandırılacaq. 
 
19/03/2013













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).