23:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkil cari ildə də hüquqi maarifləndirmə tədbirlərini davam etdirir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2018-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq bu qurumun tabeliyində olan polis idarə, şöbə və bölmələrində cari ildə də hüquqi maarifləndirmə tədbirlərini davam etdirir.
Belə ki, fevralın 22-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək rayon polis şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmiş, tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət icbari şəxsi sığortası haqqında qanunvericiliyinin tələblərindən danışmışdır.
A.Orucəliyev qeyd etmişdir ki, polis əməkdaşlarının pensiyasının və sosial təminatının məbləği və təyin edilməsi qaydaları 7 fevral 2006-cı il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu, 28 oktyabr 1999-cu il tarixli "Polis haqqında" Azərbaycan Respublikası Qanunu, 29 iyun 2001-ci il tarixli "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə", 20 aprel 2000-ci il tarixli "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydalar" ilə tənzimlənir.
A.Orucəliyev vurğulamışdır ki, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər.
Tədbirdə qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 92-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına sığortalanır. 
Müvəkkil aparatının əməkdaşı əlavə edib ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
22/02/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).