8:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə keçirilən hüquqi maarifləndirmə tədbirləri cari ildə də davam etdirilir.
 
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2018-ci ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq martın 2-də Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman aparatının əməkdaşları Asiman Abbasov və Turqay Mirzəyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak etmişdir.
Tədbirdə Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunmasında rolu və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar təhsil infrastrukturunun yenilənməsi, kadr potensialının təkmilləşməsi və hər bir təhsil alan şəxsin layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
A.Abbasov bildirmişdir ki, "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın qəbul olunmasında ümumi məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin əhatə dairəsinin genişləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması və sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasından ibarətdir.
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, proqramın icrası istiqamətində həyata keçirilən hər bir tədbir sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların təhsilində müasir üsulların tətbiqinə stimul verməklə, müvafiq pedaqoji kadrların hazırlanmasını, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin edəcək, inklüziv və məsafədən (distant) təhsil imkanlarını davamlı artıracaqdır. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
02/03/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).