14:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə günün tələbidir.
 
Martın 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin digər əməkdaşları iştirak etmişdir.
Ombudsman aparatının əməkdaşı Asiman Abbasov tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi kimi fəaliyyəti barədə danışaraq qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanimzləri sırasında dünyada bugün ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Dünyada klassik Ombudsman modeli kimi tanınan bu qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır. 
A.Abbasov bildirmişdir ki, Ombudsmanı digər hüquq müdafiə mexanizmlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, o insanların maneəsiz, heç bir rüsmum ödəmədən, biləvasitə və tez bir zamanda müraciə edə bildiyi, bürokratik maneələrdən uzaq olan, hüquq pozuntusuna qısa müddətdə reaksiya verən, şikayətlərə operativ baxan hüquq müdafiə mexanizmidir.
İnsan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. 
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) seçilmişdir. 
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
09/03/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).