12:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

  Ombudsmanın nümayəndələri tərəfindən növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.

 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2018-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq martın 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanası, Mühafizə Taboru və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsi və Ciddi rejimində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Abil Orucəliyev və Mətin Quluzadə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ümumi rejim-1 bölməsində və ciddi rejimində həyata keçirilmiş tədbirdə "Cəzaçəkmə müəssisələrində və ya İstintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi, ötürülməsi həmçinin məhkumlar tərəfindən həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinin izahı", 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində həyata keçirilmiş tədbirdə "Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, o cümlədən muxtariyyətin tarixi və hüquqi əsasları", Penitensiar Xidmətin İstintaq Təcridxanasında və Mühafizə Taborunda həyata keçirilmiş tədbirdə isə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi kimi" mövzularda çıxış etmişdir.
Daha sonra məruzəçi yuxarıda sadalanan mövzularla bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
28/03/2018

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).