3:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Polis əməkdaşlarının hüquqi maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.
 
Mart ayının 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Kəngərli rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Kəngərli rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Abil Orucəliyev tədbirdə informasiya əldə etmək hüququ və yayılması qadağan edilən informasiyalar barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Abil Orucəliyev bildirmişdir ki, məlumat azadlığının həyata keçirilməsi, informasiyanın hazırlanması, ötürülməsi və yayılması ilə əlaqədar yaranan münasibətlər 1998-ci ildə qəbul edilən "Məlumat azadlığı haqqında", 1999-cu ildə qəbul edilən "Kütləvi İnformasiya Vasitələri haqqında", 2002-ci ildə qəbul edilən "Televiziya və Radio Yayımı haqqında", 2010-cu ildə qəbul edilən "Fərdi məlumatlar haqqında" və 1998-ci ildə qəbul edilmiş "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlarla tənzimlənir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaq məqsədilə 30 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.
Ombudsmanın nümayəndəsi qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə, beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanununun şamil edilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Müvəkkil aparatının əməkdaşı əlavə etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxtar Respublikası qanununun 1.3-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasında informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
29/03/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).