22:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Ümummilli lider Heydər Əliyev və Azərbaycanda uşaqlara dövlət qayğısı" mövzusunda tədbir keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman aparatının əməkdaşları Vahidə Bayramova və Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak etmişdir.
Tədbirdə Müvəkkil aparatının əməkdaşı Vahidə Bayramova çıxış edərək qeyd etmişdir ki, ölkəmizdə uşaqlara diqqət və qayğının əsas istiqaməti kimi müəyyənləşməsi Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə uşaqlara xüsusi qayğı göstərərək onların gələcək həyat yollarının düzgün istiqamətləndirilməsi naminə mühüm qərarlar qəbul etmişdir. 
Vurğulanmışdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi uşaqlara qayğı artıq milli strategiya kimi formalaşmış, son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılmış, uşaq hüquqları ilə bağlı qanunvericilik və normativ-hüquqi aktlar davamlı olaraq təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsinə yönəldilmiş dövlət proqramları qəbul edilmişdir.
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq olunan "Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq "Gənc istedadların "Qızıl kitabı"nın yaradılması, 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"nın və 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə ayırdığı diqqətin bariz ifadəsidir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
11/05/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).