21:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
İyul ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində "Narkoloji xidmət sahəsində həyata keçirilən sosial tədbirlər" mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşları Asiman Abbasov və İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin əməkdaşı Ülvü Qurbanov, Dispanserin baş həkimi Rəşadət Nabatov və Dispanserin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Narkoloji xidmət sahəsində həyata keçirilən sosial tədbirlər" mövzusunda  geniş məruzə ilə çıxış etmişdir.
A.Abbasov qeyd etmişdir ki, norkoloji xidmət sahəsindəki sosial tədbirlər  norkoloji xəstələrin və onların ailə üzvlərinin sosial müdafiəsi, onların hüquqlarının qorunması, norkoloji xəstələrin cəmiyyətə adaptasiyası, yəni onların iş yerləri və peşə bilikləri ilə təmin olunması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən qəbul edilən vahid dövlət proqramı əsasında həyata keçirilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Səhiyyə Naziriliyinin əməkdaşı Ülvü Qurbanov yekun vurmuşdur.

 

 
01/08/2014

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).