6:01 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

İyul ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi Ailələrə Dəstək Mərkəzində "Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin qorunması və bu sahədə həyata keçirilən dövlət siyasəti" mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşları Asiman Abbasov və İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin əməkdaşı Ülvü Qurbanov, Mərkəzin baş həkimi Rəsmiyyə Xasayeva və Naxçıvan Körpələr Evi Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin qorunması və bu sahədə həyata keçirilən dövlət siyasəti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. 
Asiman Abbasov qeyd etmişdir ki, uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının təmin edilməsi, onların dolğun inkişafı, qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikası dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Səhiyyə Naziriliyinin əməkdaşı Ülvü Qurbanov yekun vurmuşdur.

01/08/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).