14:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

     Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupunun üzvləri tərəfindən sentyabr ayı ərzində bir sıra başçəkmələr həyata keçirilmişdir.

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv qrupunun üzvləri tərəfindən sentyabr ayı ərzində Naxçıvan MR Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, Ordubad rayon polis şöbəsinə, Ordubad rayon polis şöbəsinin Biləv polis bölməsinə, Babək rayon polis şöbəsinə, Babək rayon polis şöbəsinin Cəhri Polis bölməsinə, Kəngərli rayon polis şöbəsinə, Naxçıvan Hava Nəqliyyatında Polis şöbəsinə, Dəmiryol Nəqliyyatında Polis Şöbəsinə, Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ciddi rejiminə, Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin ümumi rejim-2 bölməsinə, Naxçıvan MR Təhsil Naziriliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbinə və Naxçıvan Qarnizon Hauptvaxtına başçəkmələr həyata keçirmişlər.
    Həyata keçirilən başçəkmələr zamanı Preventiv qrupun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar.
    Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
    Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

                                                                                                            01/10/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).