3:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dəmiryol Nəqliyyatında polis şöbəsində və Ordubad rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
 
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dəmiryol Nəqliyyatında polis şöbəsində və Ordubad rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Keçirilən tədbirlərdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşı Fariz Məmmədov, Adil Mehdiyev və adı çəkilən şöbələrin zabit və sıravi rəis heyəti iştirak etmişlər. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Abil Orucəliyev "Qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində polis əməkdaşlarının rolu" və "Polis əməkdaşlarının sosial müdafiəsi və dövlət tərəfindən göstərilən diqqət və qayğı" mövzularında geniş məruzə ilə çıxış etmişdir. 
A. Orucəliyev qeyd etmişdir ki, hazırda respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın Respublikasının ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai- siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının da müstəsna rolu vardır. Cinayətkarlarlığın bütün forma və təzahürlərinə qarşı mübarizə aparan daxili işlər olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışdır.
Məruzəçi eyni zamanda qeyd etmişdir ki, Ümummilli liderimizin diqqət və qayğısı ilə polis orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi üçün zəruri olan kadr potensialı yaradılmış, daxili işlər orqanlarının fəaliyyətinin düzgün istiqamətə yönəldilməsi, onların xalqa və dövlətə xidmət edən peşəkar kadrlarla təmin olunması ölkəmizdə sabitliyin bərqərar edilməsinə şərait yaratmışdır. Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək kriminogen durum nəzarətə götürülmüş, insanların polisə və bütövlükdə, dövlət strukturlarına inamı və etimadı artmışdır.
Tədbirə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşı Abbas İbrahimov yekun vurmuşdur. 

 

 

  01/10/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).