5:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Sərhəd Diviziyasında hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Sərhəd Diviziyası ilə birlikdə Naxçıvan Sərhəd Diviziyasının "N" saylı zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Abil Orucəliyev, Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və Naxçıvan Sərhəd Diviziyasının N saylı zastavalarında qulluq edən əsgər və zabit heyəti iştirak etmişlər. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Abil Orucəliyev "Sərhəd xidməti qaydalarını pozma" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A. Orucəliyev müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən ulu öndər Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərdiyini, milli sərhəd siyasətinin əsasını qoyduğunu, sərhəd strategiyasını müəyyənləşdirdiyini qeyd etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. 
Məruzəçi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi dövlət sərhədinin qanunsuz surətdə dəyişdirilməsinin qarşısının alınmasına; dövlət sərhədi rejiminə, sərhədboyu rejimə və dövlət sərhədindən buraxılış məntəqələrindəki rejimə əməl olunmasına; dövlət sərhədində dövlətin, cəmiyyətin və şəxsiyyətin digər həyati, mənafelərinin xarici və daxili təhlükələrdən qorunmasına yönələn siyasi, hüquqi, iqtisadi, hərbi, əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Tədbirə Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov yekun vurmuşdur.
 
01/10/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).