18:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi

xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən dekabr ayı ərzində növbəti başçəkmələr həyata keçirilmişdir.

        Dekabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən Müvəkkilin Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr evi Ailələrə Dəstək Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin Ciddi, ümumi-1 və ümumi-2 rejimlərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziriliyinin Şərur rayon polis şöbəsinə başçəkmələr həyata keçirilmişdir.
       Həyata keçirilən başçəkmələr zamanı Preventiv Mexanizm qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibb xidmətin vəziyyətini, qidanın keyfiyyətini və işçi heyətin onlara rəftarını diqqət mərkəzində saxlamışlar.
       Həmçinin, bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanılma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
       Başçəkmələr zamanı Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

                                                                                                          30/12/2014

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).