6:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

2015-ci ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə təsdiq edilmiş tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri davam etdirilmişdir.


Növbəti tədbir mart ayının 13-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində keçirilmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşları Asiman Abbasov və Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti və Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanununun izahı" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Abbasov qeyd etmişdir ki, İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza termininə bir sıra müvafiq beynəlxalq aktlarda rast gəlinsə də, beynəlxalq müstəvidə işgəncəyə anlayış yalnız BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı 10 dekabr 1984-cü il tarixli Konvensiyasınasında verilmişdir.
Məruzəçi İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti və Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov Müvəkkil aparatı ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

17/03/2015

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).