5:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın nümayəndəsi Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının zastavalarında hüquqi maarifləndirmə tədbirlərini həyata keçirmişdir.

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri (2) həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyevin "Hərbi qulluqçu ailələrinin sosial-təminat hüququ" və "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti" mövzularında geniş məruzəsi dinlənilmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, demokratik, hüquqi, dünyəvi və unitar respublika olan Azərbaycan dövlətinin əsas qanunununda insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olması təsbit olunmuşdur. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu müddəaların həyata keçirilməsi o deməkdir ki, dövlət hər şeydən əvvəl insanlar üçün mövcud olur və onların tələbatlarının real olaraq əks olunması, qorunması və müdafiə edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır.
"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində əmək hüquq münasibətləri və sosial təminat məsələlərində hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün təminatların müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdıran A.Orucəliyev vurğulamışdır ki, "Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ" adlı maddənin təsbit olunması və bu bu maddədən irəli gələn məsələlərin həlli istiqamətində aparılan uğurlu siyasət hərbi qulluqçu ailələrinin sosial müdaifəinin gücləndirilməsinə xidmət edir. 
Sonra məruzəçi İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və hərbi qanunvericiliyin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
 
16.11.2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).