23:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) növbəti hüquqi maarifləndirmə məlumatı "Şərq qapısı" qəzetinin 190 saylı buraxılışında "Hüquqi maarifləndirmə günün tələbidir" sual-cavab başlığı altında dərc olunub.

Sual:İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biridir. 
İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyat keçirilərkən işdə saxlanmağa üstünlüyü müəyyən edən əsas meyar qismində işçinin yüksək ixtisaslı (peşə) və peşəkarlıq səviyyəsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd olunur ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bu meyarların müəyyən olunması müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərlə əmək münasibətləri saxlamağa imkan verir.
Həmin maddəyə əsasən işçinin peşəkarlıq səviyyəsini qiymətləndirmək hüququ işəgötürənə məxsusdur.
Sual: İşçilərin ixtisasları və peşakarlıq səviyyələri eyni olan olan iki işçi arasında seçim hansı meyarlar əsasında aparılmalıdır?
Cavab: Bu suala Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində aydınlıq gətirilir. Həmin maddəyə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinin, müharibə iştirakçılarının, əsgər və zabitlərin arvadının (ərinin), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşların, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir.
Qeyd etmək lazımdır ki, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisar edilməsi ilə bağlı məsələlər isə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsində dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisar edilməsi dövlət qulluğuna xitam verilməsi əsaslarından biri kimi təsbit olunmuşdur.
Əlavə olaraq isə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 

  06/10/2108













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).