19:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sərhəd zastavalarında keçirilən hüquqi maarifləndirmə tədbirləri cari ildə də davam etdirilir.
 
Ötən illərdə olduğu kimi 2019-cu ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə tədbirlər planına uyğun olaraq fevralın 13-də N saylı sərhəd zastavasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Abil Orucəliyev, Rəşid Talıbov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev və N saylı sərhəd zastavasının çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev açaraq Ombudsman təsisatı ilə birgə hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsinin hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasında, o cümlədən, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra Abil Orucəliyev 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvanın muxtariyyət statusu, Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqi və konstitusion əsasları barədə çıxış edərək qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası ilk dəfə 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş, ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
Vurğulanmışdır ki, Naxçıvan diyarına muxtariyyət statusunun verilməsi ilə Azərbaycan Naxçıvan üzərində hüquqlarından irəli gələn vəzifələri həyata keçirirdi. Naxçıvana muxtariyyət statusu Moskva və Qars müqavilələri ilə verilsə də, Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevral ayına kimi uzadılmışdır. Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmişdir. Bu müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər. 
"Ötən dövr ərzində Naxçıvanın muxtariyyət yubileyləri xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilir" deyə çıxış edən A.Orucəliyev vurğulamışdır ki, müstəqil Azərbaycanın tarixində Naxçıvan Muxtar Respublikasının yubileyinin keçirilməsi ilə bağlı ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu il fevral ayının 12-də fərman imzalanmışdır. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında olan bu fərman gələcək yubileylərin keçirilməsinə zəmin hazırlamış, muxtariyyət yubileylərinin keçirilməsi ənənəsini formalaşdırmışdır.
Məruzəçi çıxışında bildirmişdir ki, 2019-cu ildə yaradılması Ümummilli lider Heydər Əliyev tərəfindən tarixi nailiyyət kimi qiymətləndirən Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 ili tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri tərəfindən 21 yanvar 2019-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" tarixi sənəd imzalanmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
13.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).