13:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib. 
 
Avqustun 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Rəşid Talıbov, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra Vahidə Bayramova "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar dövlət siyasətinə uyğun olaraq istər hüquqi normativ bazanın yaradılması sahəsində, istərsə də təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində mühüm addımlar atılmaqdadır. 
V.Bayramova bildirmişdir ki, son illər muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi dahada gücləndirilmiş, bu sosial qrupdan olan şəxslər üçün yaşayış binaları, fərdi mənzillər tikilmiş, onların tibbi, sosial reabilitasiyası məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi, həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilmişdir.
Ombudsmanın əməkdaşı vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə qəbul edilmiş "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə, kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsinə xidmət edir.
Daha sonra məruzəçi mövcud dövlət proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
       27.08.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).