10:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Şərq qapısı" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilmişdir.
 
Sual: Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması hansı məsuliyyə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması dedikdə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılması və ya işlənilməsi, fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmaması, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsi, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmaması nəzərdə tutulur.
Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə müəyyən edilir.
 
 24.10.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).