13:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 791-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
 
1. Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 70 (yetmiş) manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 27 dekabr 2013-cü il
¹72
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 16 aprel 2018-ci il tarixli 1917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə 668)
2. 15 aprel 2019-cu il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 16 aprel 2019-cu il, ¹ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 638)
3. 20 dekabr 2021-ci il tarixli 1495 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 21 dekabr 2021-ci il, ¹ 277)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).