16:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olm

"Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
 
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
 
Bakı şəhəri, 22 yanvar 2013-cü il
¹ 12
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 22 yanvar tarixli 12 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi
QAYDASI
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsinə əsasən hazırlanmışdır və xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti (bundan sonra - özünəqulluq qabiliyyəti) olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi qaydasını tənzimləyir.
1.2. Şəxsə (ailəyə) qulluq və kömək göstərə biləcək qohumlar dedikdə - əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.
 
2. Özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi
 
2.1. Özünəqulluq qabiliyyəti olmayan şəxslər sosial xidmət göstərilməsi üçün ərizə ilə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) və ya "DOST" mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizədə həmçinin onlara qulluq və kömək göstərə biləcək qohumların (əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr) olmaması qeyd edilir.
2.2. Ərizə daxil olduqdan sonra sosial işçi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə (şəxsin valideynləri, özü və övladları barədə) və digər aidiyyəti qurumlara sorğu göndərir.
2.3. Həmin qurumlar tərəfindən qohumlar barədə məlumatlar göstərilməklə, 5 (beş) iş günü müddətində sorğuya cavab verilir.
2.4. Sorğu göndərilən qurumlarda zəruri məlumatlar olmadıqda, Şöbələrin, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin, mənzil istismar sahələrinin nümayəndələrinin, çoxmənzilli binaları idarə edən şəxslərin, eləcə də şəxsin qonşularının iştirakı ilə şəxsin qohumları barədə sosial işçi tərəfindən akt tərtib olunur.
2.5. Sorğunun və ya aktın nəticələri əsasında sosial işçi tərəfindən şəxsə qulluq və kömək göstərə biləcək qohumların olub-olmamasını özündə əks etdirən hesabat hazırlanır.
2.6. Şöbə tərəfindən sosial işçinin hesabatı (sorğunun və ya aktın nəticələri əlavə olunmaqla) əsasında özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərə biləcək qohumların olmaması barədə qərar qəbul edilir.
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 29 noyabr 2016-cı il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹11, maddə 1976)
2. 9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 13 iyul 2019-cu il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1320)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).