11:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Türkiyəli qonaqlar Naxçıvanın tarix və mədəniyyət obyektləri ilə tanış olublar.
 
Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Baş Ombudsman) Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Naxçıvan şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin abidələrini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.
 
 
 
Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.
Sonra türkiyəli qonaqlar Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanını və "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.
Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Baş Ombudsman) Şərəf Malkoç "Şərq qapısı" qəzetinə müsahibəsində deyib: "Naxçıvana gəlişimiz tarixi bir günə təsadüf edir. Belə ki, 30 ilə yaxındır Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı əldə olunmuş ugurlu nəticələrin Naxçıvanda həyəcan və qürurunu yaşayırıq. Xüsusilə uzun illərdir, beynəlxalq vasitəçilərin heç bir nəticə əldə edə bilmədiyi bu problemi qardaş Azərbaycan sentyabrın 27-dən başlayaraq apardığı mübarizədə özü qazandı və Ermənistanın məğlubiyyəti Rusiya vasitəsilə bütün dünyaya yayıldı. Naxçıvan isə Türkiyə, türk dünyası üçün çox mühüm qapıdır. Ümid edirəm ki, Ermənistan qısa müddətdə işğal altında saxladıqları ərazilərdən çəkiləcək, Azərbaycan öz torpaqlarına qovuşacaq, Naxçıvanı Azərbaycanla birləşdirən yol açılacaqdır. Bu yolun Naxçıvan, eləcə də Azərbaycan üçün böyük iqtisadi, sosial, siyasi əhəmyyəti var. Eyni zamanda bu yol Türk dünyasını Orta Asiya ilə birləşdirəcəkdir. Məhz belə bir gündə Naxçıvanda Ali Məclisin Sədri və naxçıvanlılarla bir yerdə olmaq bizim üçün qürurvericidir. İnanırıq ki, bu məsələnin həll olunması Qafqaza, Türkiyəyə, ümumilikdə, isə bütün dünyaya sabitlik və firavanlıq gətirəcəkdir".
 
 
 
11.11.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).