8:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Polis əməkdaşlarının hüquqi maarifləndirilməsi davam etdirilir.
 
Müasir dövrdə bəşəriyyət qarşısındakı mühüm problemlərdən biri də qlobal informasiya cəmiyyəti şəraitində insan hüquqlarının qorunmasıdır. Cəmiyyətin, dövlətin və əhalinin informasiyadan asılılığının getdikcə artdığı bir dövrdə kibertəhlükəsizliyin təmin edilməsi də strateji məsələyə çevrilir.
Bu münasibətlə oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şərur Rayon Polis İdarəsində "İnformasiya texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Nihad Sadıxov və Şərur Rayon Polis İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbiri giriş sözü ilə Nihad Sadıxov açaraq qeyd edib ki, cəmiyyət inkişaf etdikcə ona paralel olaraq cinayətkarlıq üsulları da genişlənir və təkmilləşir. Bu isə ölkə qanunvericiliyində mütəmadi yeniləşmələri şərtləndirir. Virtual sistemdə artan kibercinayətlər də bu yeniləşmələri zəruri edən amillər sırasında yer alır. Bu gün informasiya kommunikasiya sistemlərindən və müasir elmi-texniki vasitələrdən istifadə etməklə müxtəlif cinayətlər-terrorizm, narkobiznes, insan alveri, adam oğurluğu, müxtəlif tamah və zorakı cinayətlər törədilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) şöbə müdiri Asiman Abbasov ölkəmizin bütün sahələrdə olduğu kimi, cinayətkalıqla mübarizə, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə sahəsində də siyasi iradə nümayiş etdirdiyini, bu istiqamətdə mühüm addımlar atıldığını vurğulayıb.
Qeyd olunub ki, bu sahədə maddi və prosessual normaları əhatə edən və kibermünasibətləri tənzimləyən ən mühüm sənədlər Avropa Şurası çərçivəsində qəbul edilib, qurumun 23 noyabr 2001-ci il tarixli "Kibercinayətkarlıq haqqında" Konvensiyası kiberməkanda baş verən cinayətlər və onlarla mübarizə məsələlərinə həsr olunub. Bu Konvensiyada beynəlxalq təcrübədə analoqu olmayan bir sıra cinayətlər-kompüter məlumatlarının və sisteminin konfidensiallığı, bütövlüyü və əlverişliliyi əleyhinə cinayətlər, kompüterlə əlaqəli cinayətlər, habelə məzmununu kompüter informasiyası təşkil edən hüquq pozuntuları, uşaq pornoqrafiyası ilə əlaqəli materiallarla bağlı hüquqazidd əməllər, müəlliflik və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər təsbit olunub.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
27.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).