9:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Şikayətə baxılma qaydaları

Müvəkkil ona ünvanlanmış şikayətlərlə bağlı hansı qərarları qəbul edir?
Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda Müvəkkil aşağıdakı qərarlardan birini qəbul edə bilər.
Şikayət baxılmaq üçün qəbul edilsin; (maddə 10.1.1)
Şikayətə baxılmasından imtina edilsin; (maddə 10.1.2)
 
Müvəkkil şikayətə baxılmasından imtina edilməsi və bunun əsaslandırılması barədə hansı müddətdə ərizəçiyə məlumat verməlidir?
Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 iş günü müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir. (maddə 10.2)
 
Müvəkkil hansı hallarda şikayətə baxılmasından imtina edir? 
Ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 ildən artıq müddət keçdikdə; (maddə 8.4) 
Şikayət anonim olduqda; (kifayət qədər əsaslı fakt və sübutlarla təsdiq edilən anonim şikayət qəbul edilə bilər.) (maddə 9.3)
Şikayət Müvəkkilin səlahiyyətinə aid olmadıqda; (maddə 11.1.2) 
Şikayətlə bağlı məhkəmə icraatı getdikdə; (maddə 11.1.4) 
Təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutlar olmadıqda; (maddə 11.1.5)
 
Müvəkkil hansı müddətdə şikayətə baxır və nəticəsi barədə ərizəçiyə məlumat verir?
Şikayətə 30 gün müddətində baxılır; (maddə 12.6) 
5 iş günü müddətində isə şikayətə baxılmanın nəticəsi barədə ərizəçiyə məlumat verir. (maddə 13.1)
 
Şikayətə baxılma müddəti uzadıla bilərmi?
Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 günədək uzadılır. Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır. (maddə 12.6)
 
Müvəkkil şikayətə baxılması zamanı hansı hüquqlara malikdir? 
istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq; (maddə 12.2.1)
Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq; (maddə 12.2.2)
Cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq; (maddə 12.2.3)
Şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq; (maddə 12.2.4) 
Şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara (qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqan və ya vəzifəli şəxs istisna olmaqla) tapşırıq vermək; (maddə 12.2.5)
Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanlarından və təşkilatlarından ekspert rəyi almaq; (maddə 12.2.6)
dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək; (maddə 12.2.7)
İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu halda öz təşəbbüsü ilə araşdırma aparmaq; (maddə 12.4) 
Araşdırma zamanı şikayətdə qeyd olunmayan hallar aşkar edilərsə və belə halların araşdırılması Müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir; (maddə 12.5)













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).