5:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Şikayətə baxılmanın nəticələri

Şikayət verilən orqan və ya vəzifəli şəxs həmin şikayətlə bağlı mülahizələrini hansı müddətdə Müvəkkilə təqdim etməlidir?
Müvəkkil şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Mülahizələr 10 gün müddətində Müvəkkilə təqdim edilməlidir.

Müvəkkil şikayətə baxılması nəticəsində hansı tədbirləri həyata keçirə bilər?
Qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək; (maddə 13.2.1)
Cinayət əlamətləri aşkar edildikdə Naxçıvan Muxtar Respublikasının aidiyyəti orqanlarına cinayət işinin başlanması barədə müraciət etmək; (maddə 13.2.2)
Qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə Naxçıvan Muxtar Respublikasının müvafiq orqanlarına təkliflər vermək; (maddə 13.2.3)
İnsan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri haqqında Muxtar Respublikanın kütləvi informasiya vasitələrinə məlumat vermək; (maddə 13.2.4)
İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təhsil imkanları kifayət etmədikdə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə müraciət etmək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında məruzə ilə çıxış etmək; (maddə 13.2.5) 
Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək; (maddə 13.2.6)
Şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə sorğu ilə müraciət etmək; (maddə 13.2.7)
Müvəkkil əfvedilmə və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təkliflər verə bilər; (maddə 1.8)

Müvəkkilin illik məruzəsi:
Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə insan hüquqlarının vəziyyəti haqqında illik məruzəni təqdim edir və həmin məruzə ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi qarşısında çıxış edir; (maddə 14.1)
İllik məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan, dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir. (maddə 14.2)
Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy, tövsiyyələr öz əksini tapmalıdır. (maadə 14.3)
İllik məruzə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna göndərilir və məruzə "Şərq qapısı" qəzetində dərc olunur. (maddə 14.4 və 14.5)

Müvəkkil hansı məlumatları gizli saxlamalıdır?
Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların mühafizəsi "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə həyata keçirilir. (maddə 15.1) 
Şikayətin araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş materialların yayılmasına onların razılığı olmadan yol verilmir. (maddə 15.2)







Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).