14:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Müvəkkilə müraciət qaydası

Müvəkkilə müraciət qaydaları "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. 

Müvəkkilə hansı hallarda müraciət etmək olar?
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən əsas insan hüquq və azadlıqları pozulduqda (maddə 1.1);
Müvəkkilə kimlər müraciət edə bilərlər?
Naxçıvan Muxtar Respublikasında hüquqları pozulmuş Azərbaycan Respublikası vətəndaşları;
vətəndaşlığı olmayan şəxslər;
hüquqi şəxslər.
İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə:
üçüncü şəxslər;
qeyri-hökumət təşkilatları;
Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində;
istintaq təcridxanalarında;
müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər.
Bu şəxslər tərəfindən ünvanlanmış şikayətlər hər hansı yoxlamadan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.
Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər. (maddə 8)
Müvəkkilə şikayət hansı müddətdə verilir?
Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 (bir) il müddətində verilir. (maddə 8.4)
Müvəkkilə şikayət hansı formada verilir?
Müvəkkilə şikayət yazılı, şifahi və elektron formada verilə bilər.
Şikayət şifahi verildikdə Müvəkkil Aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır (maddə 9.4)
Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər Müvəkkilə şikayət verə bilərmi?
Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər Müvəkkilə müraciət edə bilərlər.
Bu şəxslər tərəfindən ünvanlanmış şikayətlər hər hansı yoxlamadan keçirilmədən 24 saat ərzində Müvəkkilə göndərilməlidir. (maddə 8.5)














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).