5:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Hüquqi vəziyyəti

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunundan

 

(20 fevral 2006-cı il tarixdə qəbul edilib)
(08 yanvar 2008-ci il tarixli dəyişikliklə)

                                 Çıxarış

 III. fəsil. Müvəkkiln fəaliyyətinin təşkili və təminatları. (maddə 17- 19)

 

Maddə 17. Müvəkkilin aparatı

17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır.

17.2. Müvəkkilin aparatı üzərində Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.

17.3. Aparat Müvəkkil tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.

17.4. Müvəkkil aparatının strukturu, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən müəyyən edilir.

Maddə 18. Müvəkkil aparatının işçilərinin hüquq və vəzifələri

18.1. Müvəkkilin aparatının işçilərini Müvəkkil işə götürür və işdən azad edir.

18.2. Müvəkkil aparatının işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 19. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi

19.1. Müvəkkilin və onun aparatının fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.

19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.


Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin Sədri            VASİF  TALIBOV

Naxçıvan şəhəri, 20 fevral 2006-cı il
2 - III QN







Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).