5:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Müvəkkilə (Ombudsmana) müraciət etmək qaydaları

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN)
 
01 fevral 2006-cı ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanun qəbul olunmuşdur. Həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasında İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  vəzifəsi təsis edilmiş və 11 iyul 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında ilk İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilmişdir.
Müvəkkil vəzifəsi Azərbaycan  Respublika-sının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarında, Azərbaycan Respubli-kasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilmişdir; 
Müvəkkil öz fəaliyyətində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarına, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Qanuna və digər qanunlarına, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanır;
Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına və Qanunlarına tabedir;
Müvəkkil dəyişilməzdir və toxunulmazdır, hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsi yolverilməzdir.
Müvəkkil 7 il müddətinə və yalnız bir dəfə seçilir.
 
MÜVƏKKİLİN FƏALİYYƏTİNİN ƏSASLARI:
 
Müvəkkil dövlət orqanları, yerli özünüidarə (bələdiyyə) orqanları və vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarını bərpa edir Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş  insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət  orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.
Müvəkkil əfv edilmə və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təklif verə bilər.
Müvəkkil şəxsin hüquqları, qüvvədə olan normativ aktlarla pozulduqda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə sorğu ilə müraciət edə bilər.
Müvəkkilin Naxçıvan Muxtar Respublikasının məhkəmələrində süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır. 
Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.
 
MÜVƏKKİLƏ HANSI HALLARDA MÜRACİƏT ETMƏK OLAR ?
 
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə  təsbit olunmuş və Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən əsas insan hüquq və azadlıqları  pozulduqda; 
 
MÜVƏKKİLƏ KİMLƏR MÜRACİƏT EDƏ BİLƏRLƏR ?
 
Naxçıvan Muxtar Respublikasında hüquqları pozulmuş  Azərbaycan Respublikası vətəndaşları; 
əcnəbilər;
vətəndaşlığı olmayan şəxslər; 
hüquqi şəxslər;
İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə:
üçüncü şəxslər; 
qeyri-hökumət təşkilatları;
Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində;
istintaq təcridxanalarında;
müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər.
Bu şəxslər tərəfindən ünvanlanmış şikayətlər hər hansı yoxlamadan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.  
Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.
 
ŞİKAYƏTİN VERİLMƏSİ MÜDDƏTİ VƏ QAYDASI
 
Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 
1 (bir) il müddətində;
yazılı;
şifahi verilə bilər.
Şikayət şifahi verildikdə Müvəkkil Aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
 
ŞİKAYƏTDƏ HANSI MƏLUMATLAR GÖSTƏRİLMƏLİDİR ?
 
İnsan hüquqlarının pozulmasına dair şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:
ərizəçinin adı, atasının adı,  soyadı;
ünvanı;
ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti;
tərtib edilmə yeri, vaxtı;
ərizəçinin imzası;
Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər. 
 Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları gizli saxlayır.
 
ŞİKAYƏTƏ BAXILMASINDAN İMTİNANIN ƏSASLARI:
 
Şikayət Müvəkkilin səlahiyyətinə aid olmadıqda;
Ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 ildən artıq müddət keçdikdə;
Şikayət anonim olduqda; (kifayət qədər əsaslı fakt və sübutlarla təsdiq edilən anonim şikayət qəbul edilə bilər.)
Şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
Təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutlar olmadıqda;
 
ŞİKAYƏTƏ BAXILMA MÜDDƏTLƏRİ
 
10 gün müddətində: Şikayətə baxılmasından imtina edildikdə; 
30 gün müddətində: Şikayətə baxılmaq üçün qəbul edildikdə;
5 gün müddətində: Şikayətə baxılması ilə bağlı nəticələr barədə ərizəçiyə məlumat verilir.
Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti uzadıla bilər.






Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).