14:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Şübhəli şəxsin hüquq və vəzifələri

Şübhəli şəxsin hüquq və vəzifələri

Şübhəli şəxs.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində aşağıdakı fiziki şəxslər tanınır:

ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs;

cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs;

haqqında həbs, girov və ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs.

tutulduğu və ya qətimkan tədbirin  seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirir.

Azərbaycan  Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, cinayət prosesini həyata keçirən orqan aşağıdakı müddətlərdə şübhəli şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil:

- tutulmuş şəxsi - 48 saatdan artıq;

- həbs, girov və ya ev dustaqlığı istisna olmaqla haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi - qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul edildiyi andan 10 (on) gündən artıq.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddət qurtaranadək cinayət prosesini həyata keçirən orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş qətimkan tədbirini ləğv etməli və ya onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarmalıdır.

Şəxs azad edildiyi, haqqında seçilmiş qətimkan tədbiri ləğv olunduğu və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarıldığı andan şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunur.

Cinayət təqibini həyata keçirən tədqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxslərin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır.

Şübhəli şəxsin hüquqları.

Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs aşağıdakı hüquqları həyata keçirir:

Nədə şübhələnildiyini bilmək (Şübhənin məzmunu ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi);

Tutulduğu andan tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokuror-dan hüquqları haqqında yazılı bildiriş almaq;

Tutulma haqqında və qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətini almaq;

Tutulma haqqında protokol tərtib edildikdən dərhal sonra onunla tanış olmaq və ona  protokolda əks olunmalı qeydlərini vermək;

Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərarın elan olunduğu andan müdafiəçiyə malik olmaq;

Tutulduqdan dərhal sonra ailəsinə, qohumla-rına, yaşadığı və ya işlədiyi (oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması barədə xəbər vermək;

Müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda öz-özünü müdafiə etmək;

Söhbətlərin sayı və müddəti məhdudlaşdı-rılmadan müdafiəçi  ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

Müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək;

İfadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və ya ümumiyyətlə ifadə verməkdən imtina etmək;

Ana dilində və ya bildiyi başqa dildə ifadə vermək;

Tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

Etirazlar etmək və vəsatətlər vermək;

İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;

Öz vəsatəti əsasında aparılan istintaq və digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;

Cinayət işinə əlavə olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

Cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokollarında qeyd edilməsini tələb etmək;

İştirak etdiyi istintaq və ya digər hərəkətlərin protokolları ilə tanış olmaq və protokollardakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək, istintaq və ya digər hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların protokola daxil edilməsini tələb etmək;

Cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq;

Təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və ya hərəkət-lərindən şikayət vermək, habelə özünün və ya müdafiəçinin verdiyi şikayətdən imtina etmək;

Zərər çəkmiş şəxslə barışmaq;

Cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

Şübhə təsdiq olunmadıqda bəraət almaq;

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cİnayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz.

Şübhəli şəxsin vəzifələri.

Azərbaycan  Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən şübhəli şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir.

Cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

Tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq;

Həkim müayinəsinə, əl-barmaq işlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülmə-sinə məruz qalmaq;

Müayinəyə məruz qalmaq, ekspertiza aparılmasına məruz qalmaq;

Təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasının sədrlik edənin göstərişlərinə tabe olmaq;

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).