5:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Müvəkkil haqqında

Bayramova Ülkər İmamqulu qızı.

Naxçıvan şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. Naxçıvan şəhər İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış, Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq və beynəlxalq xüsusi hüquq fənlərini tədris etmişdir. 
11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin üçüncü sessiyasına Naxçıvan Muxtar Respublikasınn Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə Bayramova Ülkər İmamqulu qızının namizədliyini müzakirəyə təqdim etmişdir. Sessiyada deputatların yekdil səsi ilə Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) seçilmişdir. 
28 dekabr 2013-cü ildə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir. Sessiyada Naxçıvan Muxtar Respublikasınn Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə əsasən Bayramova Ülkər İmamqulu qızının Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə verilən təqdimat əsasında səsvermə keçirilmiş və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Bayramova Ülkər İmamqulu qızı yenidən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.







Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).