11:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Səsvermə qaydası

 

                                                 Səsvermə qaydası

                                               Seçki Qanunvericiliyi

 

Seçki hüququnun prinsipləri və seçki sisteminin əsasları Azərbaycan Respublikası Konstitusiyası ilə tənzimlənir.
      Azərbaycan Respublikası Milli Məclisi deputat-larının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsvermənin - referendumun təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi  ilə tənzimlənir.
           Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təşkili və keçirilməsi qaydalarını isə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu tənzimləyir.

Seçki prosesinin mərhələləri.

Seçki prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 
            seçkilərin təyin edilməsi:
            seçki dairələrinin və məntəqələrinin yaradılması.
            seçki orqanlarının, komissiyaların yaradılması;
            seçicilərin siyahıya alınması - seçicilərin qeydiyyatı;
            namizədlərin irəli sürülməsi;
            təşviqat kampaniyası;
            səsvermə, səslərin hesablanması və nəticələrin müəyyən edilməsi;
            səsvermənin yeni turu və ya təkrar seçkilərin keçirilməsi;
            seçki nəticələrinin son dəfə müəyyən edilməsi.

Səsvermə hüququnun həyata keçirildiyi yer və vaxt.

Seçkilər günü səsvermə saat 08:00-dan 19:00-dək keçirilir. Səsvermə Məntəqə Seçki Komissiyasının səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında Kütləvi İnformasiya Vasitələri və ya məlumat lövhələri vasitəsilə seçiciləri xəbərdar etdiyi müvafiq yerlərdə və vaxtda keçirilir.

Səs vermək üçün seçici hansı sənədləri təqdim etməlidir ?

Səs vermək üçün seçici aşağıdakı sənədlərdən birini Məntəqə Seçki Komissiyasının üzvünə  təqdim etməlidir:
            ümumvətəndaş  pasportu;
            Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini;
            hərbi xidmətdə olan zabitlər - zabitin şəxsi vəsiqəsini;
            hərbi xidmətdə olan əsgərlər - hərbi bileti;
            qaçqın və məcburi köçkünlərin şəxsiyyət vəsiqəsi yoxdursa - Qaçqın və məcburi köçkün olmasını  təsdiq edən vəsiqə.

Səsvermə hansı qaydada həyata keçirilir ?

Vətəndaşların öz iradəsini sərbəst, şəxsi və gizli şəkildə ifadə etdiyi səsvermə seçki prosesinin həlledici mərhələlərindəndir. 
        Səsvermə prosesi Məntəqə Seçki Komissiyası tərəfindən səsvermə qaydalarına əməl olunmasını təmin etməklə həyata keçirilir:
      məntəqə Seçki Komissiyasının məlumat üçün cavabdeh olan üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə gələn seçicilərin şəxsiyyətini təsdiqləyən müvafiq sənədlərini yoxlayır;
       seçiciyə şəxsiyyətini təsdiqləyən müvafiq sənədləri təqdim etmədikdə onun səsvermə hüququnun həyata keçirilməsinin qeyri-mümkünlüyünü izah edir;
     adı seçicilər siyahısında tapılmadıqda seçicinin  adının seçicilər siyahısına salınması üçün seçiciyə məhkəməyə müraciət etməsini izah edir;
      ultrabənövşəyi lampa vasitəsilə seçicinin sol əlinin baş barmağının dırnaq və dərisinin gözə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır;
      əgər seçicinin barmağı artıq mürəkkəblə işarələnmişsə, dərhal məntəqəni tərk etməsini tələb edir;
      seçicini səs vermək üçün ona bülleten və zərf verən Məntəqə Seçki Komissiyasının cavabdeh  üzvünün yanına göndərir;
   seçicinin səs vermək hüququnu yoxlayan və bülleten verən Məntəqə Seçki Komissiyasının üzvü seçicinin adını seçicilər siyahısında tapır;
       təqdim olunmuş şəxsiyyəti təsdiqləyən sənədin seriya və nömrəsini seçicilər siyahısında seçicinin adı qarşısında qeyd edir;
      seçiciyə sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözlə görülməyən mürəkkəblə işarələnməsini təklif edir və işarələyir.         
    
Bu prosesdən imtina edən seçiciyə səsvermə hüququndan istifadə edə bilməyəcəyini izah edir və belə olan halda səsvermə məntəqəsini tərk etməyi tələb edir;
       seçiciyə möhürlənmiş zərf və seçki bülleteni verir;
       seçki bülletenini seçiciyə verərkən bülletenin nömrələnmiş yuxarı sol küncünü kəsir və özündə saxlayır;
       adı seçicilər siyahısında olan seçicidən siyahıda adının qarşısındakı "seçicinin seçki bülleteni alması haqqında" qrafasında imza etməsini xahiş edir; 
           seçiciyə boş səsvermə kabinəsinə keçməsi; 
           seçki bülletenində işarə qoyması;
           bülleteni qatlaması və onu Məntəqə Seçki Komissiyasının möhürü ilə möhürlənmiş zərfə qoyması və seçki qutusuna salması barədə məlumat verir;
           Səsverməni seçicilər aşağıdakı qaydada həyata keçirir:
          
seçici seçicilər siyahısında yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir;
           hər seçici seçicilər siyahısında imza edərkən yalnız bir seçki bülleteni alır;
           seçici seçki bülleteninə işarəni səsvermə kabinəsində gizli şəkildə qoyur;
           başqasının əvəzindən səs verməyə icazə verilmir. 
           seçici bülleten qoyulmuş zərfi seçki qutusuna salır;
           seçki bülletenini korlamış seçici korlanmış bülleteni qaytarmaqla  ona yeni bülleten verilməsini xahiş edir;
           seçici səs verdikdən sonra dərhal seçki məntəqəsini tərk edir;
           seçki bülleteni almaq və ya doldurmaq üçün yardıma ehtiyacı olan seçici Məntəqə Seçki Komissiyası üzvləri və müşahidəçilər istisna olmaqla aktiv seçki hüququ olan digər şəxsə müraciət edə bilər;
           Seçiciyə kömək etmiş şəxs seçici siyahısında seçicinin seçki bülletenini alması haqqında qrafadakı imzası qarşısında imza edir;
           yardıma ehtiyacı olan seçiciyə boş səsvermə kabinəsinə daxil olmasına kömək edir;
           ehtiyac yaranarsa kömək göstərən şəxs də seçici ilə birlikdə səsvermə kabinəsinə daxil ola bilər;

Seçici hansı halda səsvermə otağından kənarda səs verə bilər ?

Seçki günü səhhətinə görə və ya digər üzürlü səbəbdən seçki məntəqəsinə gələ bilməyən vətəndaşların daşınar seçki qutusu vasitəsilə kənarda səs vermək hüququ vardır. Səsvermə otağından kənarda səs vermə  aşağıdakı qaydada həyata keçirilir:
           seçici seçki gününə ən azı 24 saat qalmış Məntəqə Seçki Komissiyasına yazılı və ya şifahi müraciət etməlidir;
           əgər seçici səsvermə otağından kənarda səs vermək üçün əvvəlcədən yazılı deyil, şifahi müraciət edibsə, ərizəni Məntəqə Seçki Komissiyası üzvünün  iştirakı ilə yazmalıdır; 
           ərizədə seçici möhürlənmiş seçki bülleteni və zərf almasını öz imzası ilə təsdiqləyir;
           ərizədə şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən seriya nömrəsi, seçici haqqında seçicilər siyahısındakı digər məlumatlar da qeyd olunur;














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).