5:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatı haqqında Əsasnamə

 Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatı haqqında Əsasnamə

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aparatı "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanuna uyğun olaraq Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün yaradılmışdır.
Müvəkkilin aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununu, digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aparatı haqqında" Əsasnaməni və Müvəkkilin əmr və sərəncamlarını rəhbər tutur.
Aparatın işinə ümumi rəhbərliyi Müvəkkil həyata keçirir, aparatın fəaliyyətini isə aparat rəhbəri təşkil edir.
Müvəkkilin aparatı aşağıdakı funksiyaları yerinə yetirir:
İnsan hüquqlarının müdafiəsi, pozulmuş insan hüquq və azadlıqlarının bərpası üzrə Müvəkkilin fəaliyyətini təşkil edir;
ərizəçilərin qəbulunu təşkil edir;
şikayətləri qəbul edir, qanunvericiliyə uyğun olaraq onlara baxılmasını təmin edir;
daxil olmuş şikayətlərlə bağlı analitik və başqa informasiya məlumatları və rəyləri hazırlayır;
şikayətlərin və xidməti sənədlərin müəyyən edilmiş qaydada, vaxtlı-vaxtında icrasına nəzarəti həyata keçirir;
insan hüquqlarının pozulması hallarını təhlil edir, gələcəkdə belə pozuntuların səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlayır;
Müvəkkilin sənədlərinin qeydiyyatını və saxlanmasını təmin edir;
Naxçıvan Muxtar Respublikasında insan hüquqları və azadlıqlarının həyata keçirilməsinin monitorinqini təmin edir;
Müvəkkilin dövlət və yerli özünüidarə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələrini və əməkdaşlığını təmin edir;
insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsini öyrənir və ümumiləşdirir, onlarla təcrübə mübadiləsini təmin edir;
əfv və vətəndaşlıq məsələləri haqqında təkliflər hazırlayıb Müvəkkilə təqdim edir;
insan hüquqları və azadlıqları sahəsində maarifləndirmə və biliklərin yayılmasında iştirak edir;
insan hüquqları və azadlıqlarının müdafiəsi üzrə Müvəkkilin fəaliyyətinin təhlil və təbliğ edilməsini təşkil edir;
Müvəkkilin illik məruzəsinin layihəsini hazırlayıb Müvəkkilə təqdim edir;Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirir;
Müvəkkilin fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.







Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).