15:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Referendum (Ümumxalq səsverməsi)

Referendum (Ümumxalq səsverməsi)

REFERENDUM - ÜMUMXALQ SƏSVERMƏSİ

Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinə əsasən, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
           
Ümumxalq səsverməsi - referendum Azərbaycan xalqının öz suveren hüququnun bilavasitə həyata  keçirməsinin vasitəsidir. 
          
Azərbaycan    Respublikası    Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
         
Ümumxalq səsverməsi - referendum  Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsidir.

Hansı məsələlər referendumla həll edilir ?

Referenduma çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II hissələri, 11-ci maddəsinin III hissəsi və 152-ci maddəsi ilə müəyyən edilir.
           
Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
           
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
           
Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

Hansı məsələlər üzrə referendum keçirilə bilməz ?

Referenduma çıxarıla bilməyən məsələlər Azərbaycan Respublikası Konstitusiyasının III maddəsinin 3-cü hissəsi ilə və 155-ci maddəsi ilə müəyyən edilir.
           
Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
           
Vergilər və dövlət büdcəsi;
           
Amnistiya və əfv etmə;
           
Seçilməsi, təyin edilməsi və ya təsdiq edil-məsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

Hansı maddələrdə dəyişikliklər və ya onların ləğv edilməsi haqqında
təkliflər referenduma çıxarıla bilməz ?

Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinə əsasən Konstitusiyanın aşağıdakı maddələrinə dəyişikliklər və onların ləğv edilməsi haqqında təkliflər referenduma çıxarıla bilməz.
           
Hakimiyyətin mənbəyi (maddə 1)
           
Xalqın suverenliyi (maddə 2)
           
Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi (maddə 6)
           
Azərbaycan dövlətinin statusu (maddə 7)
           
Azərbaycan dövlətinin başçısı (maddə 8)
           
Dövlət dili (maddə 21)

Hansı maddələrin ləğvi və məhdud-laşdırılması haqqında təkliflər referen-duma çıxarıla bilməz ?

Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinə əsasən Konstitusiyanın III fəslində təsbit olunmuş aşağıdakı əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
           
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri. (maddə 24)
           
Bərabərlik hüququ (maddə 25)
           
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi (maddə 26)
           
Yaşamaq hüququ (maddə 27)
           
Azadlıq hüququ (maddə 28)
           
Mülkiyyət hüququ (maddə 29)
           
Əqli-mülkiyyət hüququ (maddə 30)
           
Təhlükəsiz yaşamaq hüququ (maddə 31)
           
Şəxsi toxunulmazlıq hüququ (maddə 32)
           
Mənzil toxunulmazlığı hüququ (maddə 33)
           
Nikah hüququ (maddə 34)
           
Əmək hüququ (maddə 35)
           
Tətil hüququ (maddə 36)
           
İstirahət hüququ (maddə 37)
            
Sosial təminat hüququ (maddə 38)
           
Sağlam ətraf mühitdə yaşamaq hüququ (maddə 39)
           
Mədəniyyət hüququ (maddə 40)
           
Sağlamlığın qorunması hüququ (maddə 41)
            
Təhsil hüququ (maddə 42)
           
Mənzil hüququ (maddə 43)
           
Milli mənsubiyyət hüququ (maddə 44)
           
Ana dilindən istifadə hüququ (maddə 45)
           
Şərəf və ləyaqətin müdafiəsi hüququ (maddə 46)
           
Fikir və söz azadlığı (maddə 47)
           
Vicdan azadlığı (maddə 48)
           
Sərbəst toplaşmaq azadlığı (maddə 49)
           
Məlumat azadlığı (maddə 50)
           
Yaradıcılıq azadlığı (maddə 51)
           
Vətəndaşlıq hüququ (maddə 52)
            
Vətəndaşlıq hüququnun təminatı (maddə 53)
           
Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ (maddə 54)
           
Dövlətin idarə olunmasında iştirak etmək hüququ (maddə 55)
           
Seçki hüququ (maddə 56)
           
Müraciət etmək hüququ (maddə 57)
            
Birləşmək hüququ (maddə 58)
            
Azad sahibkarlıq hüququ (maddə 59)
           
Hüquq və azadlıqların məhkəmə təminatı (maddə 60)
           
Hüquqi yardım almaq hüququ (maddə 61)
           
Məhkəmə aidiyyatının dəyişdirilməsinə yol verilməməsi (maddə 62)
           
Təqsirsizlik prezunksiyası (maddə 63)
           
Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi (maddə 64)
           
Məhkəməyə təkrar müraciət hüququ (maddə 65)
           
Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi (maddə 66)
           
Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları (maddə 67)
           
Zərərin ödənilməsini tələb etmək hüququ (maddə 68)
           
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları (maddə 69)
           
Siyasi sığınacaq hüququ (maddə 70)
           
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (maddə 71)














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).