15:46 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Elanlar

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ali təhsil alan gəncləri könüllü fəaliyyətə dəvət edir.


Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, gənclər arasında könüllülük fəaliyyətini Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tətbiq etməyə başlayır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xatırladır ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında könüllü fəaliyyət əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
· Aparatın şöbə və sektorlarında təcrübə keçmək;
· İnsan hüquqları sahəsində milli qanunvericilik bazası və beynəlxalq hüquqi aktlarla, habelə kitabxanadakı hüquq ədəbiyyatları ilə tanış olmaq;
· Müvəkkilin ünvanına daxil olan müraciətlərə baxılması prosesində iştirak etmək;
· Ərizəçilərin qəbulunda bilavasitə iştirak etmək;
· Ərizə və şikayətlərin öyrənilməsi vasitəsilə ölkə Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə mexanizmi ilə yaxından tanış olmaq;
· Müvəkkilin ünvanına daxil olmuş müraciətlərlə əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə göndərilən sorğularla tanış olmaq;
· Müvəkkilin əhalinin müxtəlif sosial qruplarının (uşaqlar, əlilliyi olan şəxslər, qadınlar, ahıllar, qaçqın, məcburi köçkün və miqrantlar, hərbi qulluqçular, həbsdə saxlanılan şəxslər və məhkumlar) hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə tanış olmaq;
· Müvəkkilin hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyəti ilə tanış olmaq;
· Müvəkkilin illik məruzələri ilə tanış olmaq;
· Müvəkkilin preventiv və müstəqil monitorinq mexanizm funksiyalarının icrası sahəsindəki fəaliyyəti ilə tanış olmaq;
· Cəlb olunduğu sahənin fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasında işçilərə köməklik göstərmək;
Könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə tutulub.
Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti yaradacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
· İntizamlılıq;
· Xoşrəftarlıq;
· Ünsiyyətcillik;
· Operativlik;
· Kollektivdə işləmək bacarığı;
· Təşkilatçılıq;
· Təşəbbüskarlıq;
· Məsuliyyətlilik;
· Kompüter bacarığı.
Müraciət üçün:
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında könüllülər sırasına qoşulmaq istəyən gənclər doldurulmuş müraciət formasını 05.10.2024-cü il tarixdən 24.10.2024-cü il tarixədək ombudsman@nakhchivan.az elektron ünvanına göndərə bilərlər.
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.
Əlavə məlumat üçün (+994 36) 545-83-48 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müraciət forması: (https://drive.google.com/file/d/1UYM_KPewn7CUoXtxJNSScJQSRggh3MF_/view)

05.10.2024


ÜMUMİ MÜSAHİBƏ ELANI.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"na əsasən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında İnsan hüquqlarının müdafiəsi şöbəsində "baş məsləhətçi - uşaqların və əlillərin hüquqlarının müdafiəsi üzrə" və Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsində "baş məsləhətçi - beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üzrə" vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir.
Vakant olan İnsan hüquqlarının müdafiəsi şöbəsində "baş məsləhətçi - uşaqların və əlillərin hüquqlarının müdafiəsi üzrə" vəzifəsinə qəbul üçün keçiriləcək müsahibədə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər.
Müsahibədə vakant "baş məsləhətçi - beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üzrə" vəzifəsinə qəbul üçün keçiriləcək müsahibədə dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), filologiya (dil və ədəbiyyat göstərilməklə), tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsilli, 3 il struktur bölmənin fəaliyyət istiqamətləri üzrə iş stajı olan şəxslər iştirak edə bilər.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 oktyabr 2024-cü il tarixədək "Dövlət qulluğu üzrə müraciət Forması"nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

18.09.2024





Müsabiqə şərtləri:
Müsabiqəyə təqdim olunmuş məqalələrdə üstünlük veriləcək:
- Mövzunu dolğun əhatə etmə səviyyəsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Maarifləndiricilik xüsusiyyəti;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Müsabiqəyə 6 maydan 6 iyunadək çap və onlayn media subyektlərində yayımlanan məqalələr buraxılacaq;
- Müsabiqəyə təqdim olunmuş məqalələr Azərbaycan dilində hazırlanmalı, 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Məqalədə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.

Məqalələrin təqdim edilməsi:
Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır - şəxsən və elektron qaydada.
Məqalələr təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
- Məqalə təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- Məqalə təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu, mobil telefonu;
- Məqalə (elektron qaydada təqdim edilərkən "Word" faylında, imzasız);
- Müsabiqə məqaləsinin yayımlandığı çap mediasının 1 nüsxəsi (elektron qaydada təqdim edilərkən PDF, JPG, yaxud "Word" faylında);
- Məqalə elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
- Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifin adı göstərilməməlidir).

Məqalə və məlumatlar elektron poçt vasitəsilə nmr.ombudsman.musabiqe@gmail.com ünvanına təqdim edilməlidir.
Müsabiqə üçün məqalələr elektron poçt vasitəsilə, eləcə də şəxsən 6 may 2024-cü il tarixdən 6 iyun 2024-cü il tarixədək, həftənin iş günləri saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanına təqdim edilməlidir.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

06.05.2024

DAXİLİ MÜSAHİBƏ ELANI.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"na əsasən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında "Ümumi şöbənin müdiri" vəzifəsinin tutulması üçün daxili müsahibə elan edir.
Müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 28 mart 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək "Dövlət qulluğu üzrə müraciət Forması"nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=539) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

29.03.2024


 
ÜMUMİ MÜSAHİBƏ ELANI.
 
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"na əsasən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında "Maliyyə-təsərrüfat sektoru, sektor müdiri-baş mühasib" vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edir.
Müsahibədə vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 noyabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək "Dövlət qulluğu üzrə müraciət Forması"nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList...) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
 
24.11.2023 














Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).