20:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm funksiyasının icrası məqsədilə onun Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə və Ordubad Rayon Polis Şöbəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti yerində monitorinq olunub.
Preventiv qrupun üzvləri başçəkmələr çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində olub.
 
 
 
Başçəkmə zamanı Mərkəzdə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələləri öyrənilib, yaşayış və tibb otaqlarına, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxış keçirilib, sənədləşmənin aparılması vəziyyəti araşdırılıb.
 
 
Bundan başqa Preventiv qrup tərəfindən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtına da başçəkmə həyata keçirilib. Başçəkmə zamanı saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin hüquqlarının beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
 
 
 
29.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).