23:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, oktyabrın 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi Qarabağlar Türbə Kompleksində olublar.
Muzeylə tanışlıq zamanı bələdçi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 4 iyul 2016-cı il tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilmişdir. Kompleks bir türbə və qoşa minarəli baştağdan ibarətdir. Azərbaycanın qülləvari türbələri tipinə aid olan on iki yarımsilindrin birləşməsindən əmələ gələn, diametri 10 metrə yaxın, hazırki vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin "Əl-Mumin" surəsinin 16-cı ayəsinin son hissəsi yazılıb.
Sonra Ombudsmanın kollektivi kompleksin zalında nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada sərgilənən mis qablar, daş dəstər, XIX əsrə aid mis məişət əşyaları və XII-XVII əsrlərdə istifadə olunan qədim mis və gümüş sikkələr, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş "Qarabağlar türbəsi" rəsmləri Ombudsmanın əməkdaşları tərəfindən maraqla qarşılanıb.
 
31.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).