22:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Mühafizə Taborunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin tabeliyində olan Mühafizə Taborunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı İsa Əliyev, Penitensiar Xidmətin əməkdaşı Azər Əsgərov və Mühafizə Taborunun əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Azər Əsgərov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, bu kimi tədbirlərin müəssisə əməkdaşlarının maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı İsa Əliyevin "Cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları" mövzusunda geniş çıxışı dinlənilib. Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların bir istiqaməti də məhkumların hüquqlarının qorunması məqsədi ilə penitensiar sahədə həyata keçirilən tədbirlərdir.
Azərbaycan dövləti məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və onları qoruyur, məhkumlara islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir.
Vurğulanıb ki, cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
31.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).