17:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ön xətdə hərbi qulluqçularla görüş keçirilib.
  
Muxtar respublikada hərbi qulluqçuların hüquqlarının müdafiəsi və onların hüquqi maarifləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti ilə görüşlər keçirilir.
Bu görüşlərdən biri də 8 Noyabr Zəfər Günü ərəfəsində N saylı hərbi hissənin ön xətdə xidmət edən şəxsi heyəti ilə baş tutub.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordusunun birgə təşkilatçılığı ilə həyata keçirilmiş görüşdə Ombudsmanın əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Vüsal Abdullayev və N saylı hərbi hissənin ön xətdə xidmət edən hərbi qulluqçuları iştirak edib.
Asiman Abbasov görüşdə əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə bağlı təsis edilmiş 8 Noyabr Zəfər günü münasibətilə şəxsi heyəti təbrik edib, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
Sonra Ombudsmanın əməkdaşı tərəfindən şəxsi heyətlə hüquqi maarifləndirici söhbət aparılıb. Söhbət zamanı A.Abbasov Müvəkkilin mandatı və səlahiyyətləri barədə məlumat verərək bildirib ki, Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir və o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Vurğulanıb ki, insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən muxtar respublikada yerləşən hərbi hissələrə daxil olmaq, hərbi qulluqçularla görüşmək və söhbət etmək, hərbi hissələrin komandirləri tərəfindən təxirə salınmadan qəbul edilmək, şəxsi heyətin saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, hərbi hissə komandirlərinə tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
Görüşün sonunda şəxsi heyəti maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
01.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).